Axtarış
The search found 105785 results in 0.018 seconds.
Search results
Yəməndən Məkkəyə raket atılıb
Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub.
Bu barədə “Frans Press” ərəb koalisiyasının komandanlığına istinadən məlumat yayıb.
Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.
Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq.Muxalifet - 28-07-2017
Bakıda 7 mağaza yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb.
FHN-nin saytının verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli müxtəlif təyinatlı hər birinin sahəsi 20 m2 olan mağazalarda baş verib. Nəticədə mağazaların yanar konstruksiyaları və içərisində olan mallar 60 m2 sahədə yanıb, yüksək temperaturdan digər 2 mağazanın tavanı 40 m2 sahədə əriyib. Mağazaların qalan hissəsi və anbarlar yanğından mühafizə olunub.Muxalifet - 28-07-2017
ABŞ Senatı Rusiya əleyhinə sanksiyalara dair qanunu təsdiqləyib
ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar haqqında qanunu qəbul edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, senatorların əksəriyyəti sənədi dəstəkləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edilib. Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.Muxalifet - 28-07-2017
Qüdsdə döyüşməyə hazıram - Kadırov
Səlahiyyətlərimi bir kənara qoyub həyatımın qalan hissəsini Qüdsdə yerləşən Əqsa məscidini qorumağa hazıram.
Bu açıqlama ilə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çıxış edib.
"Səlahiyyətlərimi bir kənara qoyub, bütün müsəlmanlar üçün müqəddəs olan bu yerin təhlükəsizliyini təmin edən birliklərdə könüllü olaraq qulluq etməyə həyatım boyu hazıram", - Kadırov qeyd edib.
Qeyd edək ki, İsrail 2 gün öncə Əqsa məscidində quraşdırdığı metal detektorları və kameraları ləğv edib./axar.azMuxalifet - 28-07-2017
22 yaşlı oğlanı avtomobil vurub - BAKIDA
Həkimlər onun vəziyyətini olduqca ağır olduğunu bildirir
Bakıda gənc oğlanı avtomobil vurub.
Hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, Azadlıq prospektində yolu keçmək istəyən 22 yaşlı Kamran Abdullayevi minik avtomobili vurub. O, ağır kəllə-beyin travması alıb.
Xəsarət alan K.Abdullayev xəstəxanaya yerləşdirib. Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 28-07-2017
Zaqatalada 41 yaşlı kişi özünü asıb
Zaqatala sakini intihar edib.
Rayonun Muğanlı kənd sakini 41 yaşlı Bayram Ramazan oğlu Ramazanov özünü yaşadığı evin həyətindəki mal tövləsində asıb.
Meyiti onun ailə üzvləri aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 28-07-2017
Masallı sakini su quyusuna düşərək ölüb
Masallı rayon sakini su quyusuna düşərək ölüb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun cəsədini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.Muxalifet - 28-07-2017
Həbsxanada 4 məhkum ölüb
Azərbaycanda bir neçə məhbus xəstəlikdən ölüb.
Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar – 1965-ci il təvəllüdlü Mehman Hümbət oğlu İbrahimov, 1934-cü il təvəllüdlü Qurban Əbuzər oğlu Nəsirov, 1985-ci il təvəllüdlü Elnur Mustafa oğlu Bəkirov və 1949-cu il təvəllüdlü Sərvər Hümbət oğlu Məmmədov xəstəlikdən vəfat ediblər.Muxalifet - 28-07-2017
Fələstinlilər əl-Əqsa məscidinə namaz qılmağa qayıdıblar
Fələstinlilər mübahisə doğuran metal detektorlarının yığışdırılmasından sonra ilk dəfə olaraq Şərqi Yerusəlimdəki (Şərqi Qüds) məscidə qayıdıblar.
Bu müsəlman liderləri tərəfindən əraziyə daxil olmaq barədə iki həftəlik qadağanın ləğvindən sonra baş verir.
14 iyulda bıçaqla hücum edən fələstinli iki polisi öldürüb və daha bir nəfərə ağır xəsarət yetirmişdi.Muxalifet - 28-07-2017
Gülnarə Kərimova həbs edildi
Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs edildiyi açıqlanıb.
Özbəkistan Baş Prokurorluğu Gülnarə Kərimovanın 2015-ci ildə baş verən cinayət səbəbilə nəzarətə alındığını, ancaq haqqında daha çox ittihamların olduğunu ifadə edib.
Qeyd edək ki, Gülnarə Kərimovanın atası İslam Kərimov 1991-2016-cı illərdə Özbəkistanın prezidenti olub.
Gülnarə Kərimova isə daim yerli və xarici medianın gündəmindən düşməyib./teleqraf.comMuxalifet - 28-07-2017
Poroşenko bunu yuxusunda görəcək – Saakaşvili
Pyotr Poroşenko bəlkə də növbəti seçimlərə qədər xalqın qəzəb dalğasına düçar olaraq hakimiyyətdə qala bilmədi.
Bu barədə Mixail Saakaşvili rəsmi Feysbuk səhifəsində yazıb.
“Bu, Ukrayna cəmiyyətinə birbaşa və birmənalı siqnaldır - daha heç bir demokratiya oyunu olmayacaq. Pyotr Alekseyeviç, siz bu qərarla özünüzün və hakimiyyətinizin qaçılmaz məğlubiyyətinə imza atmış oldunuz. Əgər əvvəl seçkilərə qədər qalacağınıza ümid edə bilirdinizsə, indi bunu ancaq yuxunuzda görə bilərsiniz”, – o bildirib.Muxalifet - 28-07-2017
Kliçko Saakaşvilini dəstəklədi
Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ölkə üçün pozitiv hal deyil.
Bu sözləri öz Feysbuk səhifəsində Kiyev meri Vitali Kliçko paylaşıb.
“Bu gün vacib olan əsas məsələ Ukrayna haqqında pozitiv xəbərlərin yayılmasıdır. Bizə skandalların yaradılması lazım deyil. Mən Saakaşvilinin vətəndaşlığı ilə bağlı qərarı pozitiv addım saymıram”, – Kliçko bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin vətəndaşlığını ləğv edib.Muxalifet - 28-07-2017
İsrail bu torpaqları Fələstinə verir – İlk dəfə
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ rəsmiləri ilə görüşdə ilk dəfə olaraq Təl-Əvivin Fələstinlə torpaq mübadiləsinə hazır olduğunu bildirib.
Bu barədə informasiyanı İsrailin “İkinci” televiziya kanalı yayıb.
Televiziya Netanyahunun bu etirafını ABŞ-ın rəsmi nümayəndəsi Ceyson Qrinblatla telefon danışığı zamanı səsləndirdiyini bildirib. Netanyahu ilə Qrinblatın görüşündə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edib.Muxalifet - 28-07-2017
ABŞ və AB arasında ticarət savaşı başlayacaq
Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları Avropa Birliyi və ABŞ arasında ticarət müharibəsinə səbəb ola bilər.
Bunu “Obozrevatel” saytına müsahibəsində rusiyalı iqtisadçı Sergey Javoronkov söyləyib.
“Amerika sanksiyalarının Avropa sanksiyalarından fərqi yalnız odur ki, Amerikanın qara siyahısında “Qazprom”un adı var. Məncə ABŞ çalışacaq ki, Avropa Birliyi ilə ticarət savaşından yayınsın. Avropa hazırda ABŞ üçün Kanada və Meksikadan sonra öz mallarını ən çox ixrac etdiyi üçüncü istiqamətdir” – Javoronkov o bildiribMuxalifet - 28-07-2017
Biləsuvarda 9 yaşlı oğlan 7 yaşlı qızı güllələyərək öldürüb - YENİLƏNİB
Biləsuvar rayonunda güllələnərək öldürülən şəxsin adı açıqlanıb.
Bu, 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızıdır. Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
*** saat 11:00
Biləsuvar rayonunda güllələnmə olub.
Hadisə rayonun Günəşli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini qohumu tərəfindən güllələnərək öldürülüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 28-07-2017
Pakistanın baş naziri vəzifədən kənarlaşdırılıb
Baş nazir korrupsiyada ittiham olunur
Pakistanın baş naziri Navaz Şərif vəzifədən kənarlaşdırılıb.
AP-in verdiyi xəbərə görə, bu barədə qərarı Pakistanın Ali Məhkəməsi verib.
Baş nazir korrupsiyada ittiham olunur.Muxalifet - 28-07-2017
1 yaşlı uşaq masadan yıxılaraq ölüb - XAÇMAZDA
Xaçmaz rayonunda bədbəxt hadisə qeydə alınıb.
Xaçmaz şəhər sakini, 2016-cı il təvəllüdlü Ağayev Nurlan Yavər oğlu yaşadığı evdə stuldan yıxılıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan azyaşlıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.Muxalifet - 28-07-2017
Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
İyulun 29-dan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I – V) üzrə ixtisas seçimi başlayır.
İxtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.
Müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.Muxalifet - 28-07-2017
Metronun qarşısında "İnfinity" 3 qadını vurdu
Bakıda avtomobil yolu küçmək istəyən qadınları vurub.
Hadisə Binəqədi rayonu S.S.Axundov küçəsində - metronun "Azadlıq prospekti" stansiyasının qarşısında baş verib.
Ceyhun Həsənov idarə etdiyi "İnfinity" markalı 99 KZ 211 dövlət qeydiyyat nişanlı avtomobillə 32 yaşlı Ramilə İsgəndərovanı, 48 yaşlı Məlahət Qasımovanı və 53 yaşlı Rəna Tağıyevanı vurub. Müxtəlif dərəcəli xəsarətlər alan qadınlar xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır./lent.azMuxalifet - 28-07-2017
Abbas Abbasov gizli toplantılar keçirir
Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun son aylar yenidən siyasi səhnədə fəallaşması haqda xəbərlər yayılıb.
Məlumatlarda qeyd olunur ki, Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamağa cəhd edən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.Muxalifet - 28-07-2017