Axtarış

The search found 105785 results in 0.019 seconds.

Search results

  1. Litva Saakaşviliyə vətəndaşlıq təklif edib

    Bunu Avropa Parlamentinin deputatı Pyatras Auştryaviçus təklif edib
     
    Litvanın sabiq deputatı, Avropa Parlamentinin deputatı Pyatras Auştryaviçus Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Litva vətəndaşlığının verilməsi imkanlarını nəzərdən keçirməyi təklif edib.
    Bu barədə  RİA "Novosti" xəbər verir.
    Çərşənbə günü Ukraynanın miqrasiya xidməti bildirib ki, Prezident Petro Poroşenko Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

    Muxalifet - 28-07-2017

  2. Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib

    Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib. 
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, raket Yaponiyanın iqtisadi zonası istiqamətində buraxılıb. 
     Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsini məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla 23.41-də (Bakı vaxtı ilə 18.41-də) Şimali Koreyanın Çaqando əyaləti ərazisindən Yapon dənizi istiqamətində buraxılıb.   

    Muxalifet - 28-07-2017

  3. Şirvanda 38 yaşlı qadın dərman içərək özünü öldürmək istədi

    Şirvanda qadın intihara cəhd edib.
     
    Şirvan sakini, 1979-cu il təvəllüdlü Rüstəmova Ülkər Əvəz qızı çox miqdarda psixotrop dərman qəbul edərək intihara cəhd edib.
     Ü. Rüstəmova Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Görülən təxirəsalınmaz tədbirlərdən sonra onun həyatını xilas etmək mümkün olub.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 28-07-2017

  4. Masallıda “Mersedes” dərəyə aşıb – Sürücü ölüb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı magistral yolunun 16-cı kilometrliyində Masallı rayon ərazisində “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək dərədən aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
     

    Muxalifet - 28-07-2017

  5. 42 yaşlı kişi dənizdə batıb

    Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
     
    FHN-nin saytının verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1975-ci il təvəllüdlü Məmmədov Adail Ziyadxan oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 28-07-2017

  6. Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilib

    Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
     
    Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
     Sərəncama əsasən Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

    Muxalifet - 28-07-2017

  7. Tramp Ağ ev aparatına yeni rəhbər təyin edib

    Bu, general Con Kellidir
     
    ABŞ prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik nazirliyinə rəhbərlik edən general Con Kellini Ağ ev aparatının yeni şefi təyin olunması barədə qərar qəbul edib.
    Bu barədə o, öz "Twitter" hesabında yazıb.
    "Bildirməyə şadam ki, mən indicə general Con Kellini Ağ ev aparatının başçısı təyin etdim", - deyə Tramp yazıb.
    Onun sözlərinə görə, Kelli "böyük amerikalı və əla liderdeir".
    O, bu vəzifədə Rins Pribası əvəz edib.
     

    Muxalifet - 29-07-2017

  8. Kim Çen In: "Ballistik raket ABŞ-a ciddi xəbərdarlıq üçün sınaqdan keçirilib"

    ABŞ bizə toxunacağı təqdirdə təhlükə altında olacaq
     
    Şimali Koreya lideri Kim Çen In ötən axşam baş tutmuş ballistik raket sınağını şərh edib. O, bu sınaqları ABŞ üçün "ciddi xəbərdarlıq" adlandırıb.
    Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
    Şimali Koreya lideri əlavə edib ki, Birləşmiş Ştatlar tərəfindən Pxenyana qarşı yönələn sanksiya və hərbi təhdidlər yalnız ölkənin nüvə gücünün artırılmasına olan meylini gücləndirir.
    Onun sözlərinə görə, nüvə proqramı "strateji gücdür", ona görə bu dayandırıla bilməz.

    Muxalifet - 29-07-2017

  9. ABŞ və Yaponiya KXDR-ə təzyiqi gücləndirəcək

    Söhbət Pxenyanın ardıcıl iki ballistik raketi sınaqdan çıxarmasından sonra baş tutub
     
    Birləşmiş Ştatlar və Yaponiyanın xarici işlər nazirləri telefon danışığı zamanı KXDR-yə qarşı təzyiqləri artırmaq niyyətində olduqlarını təsdiq ediblər.
    Söhbət Şimali Koreyanın bir qədər əvvəl ikinci ballistik raketini sınaqdan keçirməsindən sonra baş tutub.
    Yaponiyanın xarici işlər naziri Fumio Kisida və ABŞ-ın dövlət katibi Reks Tillerson KXDR-nin raket sınaqları fonunda Cənubi Koreya ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.

    Muxalifet - 29-07-2017

  10. Fransada 50 il əvvəl qəzaya uğramış təyyarə və sərnişinlərinin qalıqları tapılıb

    Qəza nəticəsində 177 nəfər həlak olub
     
    Monblan dağ massivinin Fransa ərazisinə düşən hissəsində qəzaya uğramış təyyarə və onun sərnişinlərinin qalıqları tapılıb.
    "The Daily Mail"ə istinadən xəbər verir ki, tapıntının təqribən 50 il əvvəl baş vermiş aviaqəza ilə əlaqəli olduğu ehtimal edilir.
    Fraqmentləri tapan tədqiqatçıların fikrincə, qalıqlar 1966-cı ildə Monblanda qəzaya uğramış "Air India" aviaşirkətinə məxsus "Boeing 707" təyyarəsinə aiddir.
    Qəza nəticəsində təyyarənin göyərtəsində olan 177 nəfərin hamısı ölüb./report

    Muxalifet - 29-07-2017

  11. Universitetlərə qəbul üçün ixtisas seçimi başlayır – BU GÜN

    Proses avqustun 10-na kimi davam edəcək
     
    Bu gündən ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi başlayır.
    Avqustun 10-dək davam edəcək prosesdə qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.

    Muxalifet - 29-07-2017

  12. Bakıda qoca qadını avtomobil vurub

    Qadın çoxsaylı sınıq xəsarətləri alıb
     
    Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqlliyyat hadisəsi baş verib.
    Bakıxanov qəsəbəsindəki parkın yaxınlığında yolu keçmək istəyən 81 yaşlı Tedorova Roza Uzirilovna minik avtomobili vurub.
    Qadın çoxsaylı sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabil-ağır kimi qiymətləndirilir.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları yol-nəqliyyat hadisəsini törədən sürücünü saxlayıb.
    Araşdırma aparılır.

    Muxalifet - 29-07-2017

  13. Saakaşvili: "Poroşenko "korrupsiyaya bulaşmış çevrəsi"nin təsirini saxlamaq üçün hər şeyə hazırdır"

    Bu barədə o, Foreign Policy nəşrinin jurnalistləri ilə söhbətində bildirib
     
    Odessa vilayətinin sabiq qubernatoru və sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Ukrayna lideri Pyotr Poroşenko öz "korrupsiyaya bulaşmış çevrəsi"nin təsirini saxlamaq üçün faktiki olaraq hər şeyə getməyə hazır olduğunu deyir.
    Bunu o, "Foreign Policy" nəşrinin jurnalistləri ilə söhbətində Ukrayna vətəndaşlığından məhrum edilməsini nəzərdə tutaraq bildirib.

    Muxalifet - 29-07-2017

  14. ABŞ 7 İŞİD liderinin öldürüldüyünü bəyan edib

    Onların arasında Suriya və İraqdakı terrorçuların bir sıra yüksək vəzifəli təbliğatçıları və əlaqələndiriciləri var
     
    Vaşinqton yeddi İŞİD liderinin öldürüldüyünü bəyan edib.
    "Breaking911" nəşrinə istinadən xəbər verir ki, öldürülənlər arasında Suriya və İraqdakı terrorçuların bir sıra yüksək vəzifəli təbliğatçıları və əlaqələndiriciləri var.
    Birləşmiş Əməliyyat Qrupu nümayəndələrinin sözlərinə görə, bu terrorçuların zərərsizləşdirilməsi İŞİD-in təbliğat fəaliyyətini, həmçinin terrorçuların maliyyələşdirilməsi yollarını pozur.

    Muxalifet - 29-07-2017

  15. Bakıda yük maşını 9 avtomobili ƏZİB - FOTO - YENİLƏNİB

    Qəza Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verib
     
    Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində 10 maşının iştirakı ilə baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

    Muxalifet - 29-07-2017

  16. ​ Cəbhə xəttində erməni hərbçisi ölüb

    Onun odlu silah yarasından öldüyü bildirilir
     
    Ermənistanın Tavuş rayonunun Noemberyan kəndində yerləşən hərbi mövqelərindən birində müddətdən artıq xidmət edən hərbçi ölüb.
    Erməni mətbuatı xəbər verir ki, Tavuşun Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silah yarasından keçinib.
    Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan təsdiq edib. Hərbçinin hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

    Muxalifet - 29-07-2017

  17. Ağstafa Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib

    Baş həkim vəzifəsini İlham Mustafayev icra edirdi
     
    Azərbaycanda baş həkim vəzifəsindən azad edilib.
    Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev tutduğu vəzifəsindən azad edilib.
    Hazırda Rayon Mərkəzi Xəstəxanasının baş həkim vəzifəsinə əvəzedici olaraq Vəliyeva Fatma Cavad qızı təyin olunub.

    Muxalifet - 29-07-2017

  18. “Rusiya ABŞ-la münasibətlərin normallaşdırılmasına hazırdır” - LAVROV

    Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla danışığı zamanı  Moskvanın əvvəlki kimi Vaşinqtonla ikitərəfli münasibətlərin normallaşdırılmasına və əməkdaşlığa hazır olduğunu qeyd edib.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə XİN-nin məlumatında bildirilir.
     “Lakin, bu yalnız bərabər hüquqluluq, qarşılıqlı hörmət  və maraqların balanslaşdırılması əsasında mümkündür”, - deyə məlumatda bildirilir.

    Muxalifet - 29-07-2017

  19. Rusiya Rumıniyaya sərt etiraz bildirib

    Rusiya baş nazirinin müavini Dmitri Roqozinin göyərtəsində olduğu təyyarənin Rumıniyanın hava məkanından keçməsinə icazə verilmədiyinə görə rəsmi Moskva Buxarestin ölkədəki müvəqqəti işlər müvəkkilinə qətiyyətli etirazını bildirib. 
     
    “Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin saytında dərc edilən məlumatda bildirilir.
     Moskva qeyd edib ki, Rumıniya öz əməli ilə Moskva-Kişinyov reysi ilə uçan 160 sərnişininin həyatını təhlükə altına atıb.

    Muxalifet - 29-07-2017

  20. ABŞ İrana qarşı sanksiyaları genişləndirib

    ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların siyahısını genişləndirib.
     
    Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
    Məlumata görə, sihahıya daha 6 şirkət əlavə olunub.

    Muxalifet - 29-07-2017

Pages