Alla Puqaçovanın nəvəsinin toyu oldu - Video

Dünən Alla Puqaçovanın nəvəsi, müğənni Kristina Orbakaytenin oğlunun toy mərasimi keçirilib.
 
Orbakaytenin iş adamı Vladimir Presnyakovdan olan nikahından doğulmuş 26 yaşlı Nikita Presnyakov Alyona Krasnova adlı bir xanımla ailə qurub.
150-dən artıq qonağın qatıldığı məclisdə Vladimir Presnyakov hazırkı xanımı və oğlu ilə, Alla Puqaçova əri Maksim Qalkinlə, əkizləri Harri və Liza ilə birlikdə iştirak edib.
Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin Bakıda keçirilən “Jara-2017” musiqi festivalında iştirak etmək üçün Bakıya gəlir./teleqraf.com