Tramp həyat yoldaşı ilə olan münasibətlərindən danışdı – “BİZ HEÇ VAXT…”
26-06-2018 08:45
Baxış sayı:
3877

ABŞ prezidenti Donald Tramp bildirib ki, həyat yoldaşı Melanya ilə heç vaxt indiki kimi yaxşı münasibətdə olmayıb.
RİA "Novosti" xəbər verir ki, o bunu çərşənbə axşamı Cənubi Karolina ştatında tərəfdarları ilə görüşü zamanı deyib.
"Biz heç vaxt indiki kimi bir-birini başa düşməmişik. Bizim heç zaman indiki qədər vaxtımız olmayıb. Və heç vaxt sorğuların nəticələri indiki qədər yüksək olmayıb. Hətta "Gallup" üzrə", - deyə prezident əlavə edib.
Tramp həyat yoldaşı böyrəyindən əməliyyat olunan zaman onun guya üzünü dartdırdığını və ya ərini ataraq Nyu-Yorka, yaxud da Virciniyaya köçdüyünü yazan kütləvi informasiya vasitələrini də tənqid edib.