Rusiyadan uçan daha bir təyyarə geri qayıtdı
23-02-2025 22:37
Baxış sayı:
1996

Mineralnıye Vodıdan Dubaya uçan Azimut Hava Yollarına məxsus təyyarə sistemlərindən birində indikatorun nasazlığı səbəbindən hava limanına qayıdıb.
Bu barədə aviaşirkət açıqlama yayıb.
"Uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə Mineralnıye Vodı-Dubay reysinin komandiri təyyarə sistemlərindən birinin işləmə göstəricisinin aktivləşməsi ilə əlaqədar 2025-ci il fevralın 23-də hava limanına qayıtmaq qərarı verib”, - məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Moskvadan Kubaya uçan təyyarə texniki nasazlıq səbəbindən alternativ limana - Sankt-Peterburq aeroportuna eniş etmişdi.