Həbsxanalarımzda məhkumlar niyə ölür? 17 saylıdan qandonduran iddialar
2025-ci ilin əvvəlində Azərbaycanda daha 3 məhkum həbsdə ölüb.
Muxalifet.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkumlar - Əli Hüseynov, Qalib Mahmudov və Soltan Ağayev dünyasını dəyişiblər. Bu isə ilk belə fakt deyil. Belə ki, mütəmadi baş verən bu cür ağır hadisələri Penitensiar Xidmət müxtəlif yollarla ört-basdır edir. Redaksiyamıza mütəmadi olaraq Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri haqqında idddialar daxil olsa da, fakt olmadığı üçün ictimailəşdirməkdən vaz keçməli olurduq. Amma...
Müxalifet.az-a Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəndən dəhşətli səs yazılar daxil olub. Belə ki, 17-də cəza çəkən bir sıra keçmiş məmurlar həbsxana rəhbəri və müavinləri ilə böyük məbləğdə maddi sövdələşmələr edir, yeri gələndə amansız işgəncələr verilir və sonunda müəssisərəhbərliyi keçmiş vəzifə sahiblərini "yuxarı" məruzə etməklə qorxudaraq istədiyini əldə edir.
Onu da bildirək ki, səs yazıda Milli Qəhrəman Rövşən Əkbərov, "İdeal"ın rəhbəri İlqar, İmişlinin keçmiş başçısı Vilyam Hascıyev, Neftçala xəstəxanasın keçmiş baş həkimi, ZAMİNBANK İD-nin sədri Nadir İsmayılov, Astara r-nu Şiyəkəran icra nümayəndəsi Tofiq Əliyev, Qusar r-nun xəstəxanasının baş həkimi Mübariz(hamısı sabiq)ə və digər "böyük" məmurlara aid olduğu qeyd edilir. Məsələnin ciddiliyini nəzərə alaraq, redaksiyamıza göndərilən və fakt kimi iddia olunan səs yazıları konkret olaraq niyə və hansı xidmət etdiyini araşdırıb növbəti yazıda sizə məlumat verərik. təbii ki, səslərlə birlikdə.
Ölkə rəhbəri cənab İlham Əliyev hər zaman səriştəsiz, rüşvətxor, xalqa zülm edən məmurlara qarşı amansız olsa da, görünən odur ki, 17 saylı cəzaçəkmə müəssisənin rəhbəri bu vəziyyəti öz maraqları üçün istifadə edir.
Qeyd edək ki, qarşı tərəfin və yazıda adı çəkilən hər bir şəxsin mövqeyini işıqlandırmağa hazırıq.