Suriyada Türk hərbçilərinə hücum oldu

Baxış sayı:
4033

Suriyanı Rəsulayn rayonunda Türkiyə ordusunun mövqeləri PKK/YPG terrorçuları tərəfindən atəşə tutulub.

Muxalifet.az  Türkiyə Müdafiə Nazirliyinin tvitter səhifəsinə istinadən xəbər verir ki, atışma zamanı 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb. Ərazdiə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi üçün təcili addımlar atılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb. Əməliyyatların başlamasından 1 həftə sonra ərazidə hərbi aktivliyin dayandırılması ilə bağlı razılaşma əldə edilib.

Muxalifet.az