Suriyada Türk hərbçilərinə hücum oldu
27-10-2019 12:40
Baxış sayı:
4030

Suriyanı Rəsulayn rayonunda Türkiyə ordusunun mövqeləri PKK/YPG terrorçuları tərəfindən atəşə tutulub.
Muxalifet.az Türkiyə Müdafiə Nazirliyinin tvitter səhifəsinə istinadən xəbər verir ki, atışma zamanı 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb. Ərazdiə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi üçün təcili addımlar atılıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb. Əməliyyatların başlamasından 1 həftə sonra ərazidə hərbi aktivliyin dayandırılması ilə bağlı razılaşma əldə edilib.
Muxalifet.az