“Azərbaycan tərəfi bizə daha 106 əsgərimizin meyitini verdi” - ARAİK ARUTYUNYAN

Baxış sayı:
1169

Qarabağda hərbi əməliyyatlar zamanı ölənlərin daha 106-sının qalıqları erməni tərəfinə təhvil verilib.

Bunu Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz Facebook səhifəsində yazıb.

"Əldə edilən razılaşmalara əsasən, Rusiya sülhməramlı qüvvələri kontingentinin vasitəçiliyi ilə Azərbaycan tərəfi bu gün bizə 44 günlük müharibədə həlak olan 106 nəfərin cəsədini verdi. Ölənlərin cəsədlərinin axtarışı davam edir", - deyə o qeyd edib.

A.Arutyunyan onu da bildirib ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.