Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri - VİDEO

Baxış sayı:
352

Gürcüstanda yaşayan soydaşlarımız artıq uzan zamandır ki, təhsil sahəsində bir sıra problemlərlə qarşı-qarşıyadırlar.
 
Belə ki, Azərbaycandilli məktəblərin direktorsuz olması, eləcə də məktəblərdə dərs deyən azərbaycanlı müəllimlərin Gürcüstan təhsil sistemində aparılmış islahatlardan geri qalması öz növbəsində böyük çətinliklər yaradır.
 
Digər bir problem isə Gürcüstan təhsil sisteminə əsasən müəllimlərə müxtəlif statusların verilməsidir ki, azərbaycanlı müəllimlər bu sahədə də kifayət qədər çətinliklər çəkirlər. Buna səbəb müəllimlərin dövlət dili olan gürcü dilində ümumi qabiliyyət imtahanını verməyə sövq edilməsidir. Statuslarını yüksəltmək üçün müəllimlər bütün vacib şərtləri yüksək səviyyədə yerinə yetirsələr də bu imtahanı verməkdə problemlər yaşayırlar. Valideynlər də müəllimlərin maaşlarına bir başa təsir edən bu sistemin tədrisin keyfiyyətini aşağı saldığını bildirirlər.
 
Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edən müəllimlərimiz isə ümumiyyətlə bu sistemdən kənar düşüblər.