Qapıçı Kamran Ağayev Çexiya klubuna transfer olundu

Mlada Boleslav Avroliqanın III təsnifat mərhələsində mübarizə aparır
 
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubuna keçib.
Bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.
O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladır.
"Mlada Boleslav" Avropa Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers" klubunu səfərdə 3:2, evdə 2:0 hesabı ilə yenib. Növbəti mərhələdə rəqib Albaniyanın "Skenderbeu" klubu olacaq.