“Buta Airways”a Cəmil Manizadə rəhbərlik edəcək

O, bundan əvvəl AZAL-ın əməkdaşı olub
 
 “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) strukturu – “Buta Airways” aşağı büdcəli aviaşirkətinə Cəmil Manizadə rəhbərlik edəcək.
Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
Məlumata görə, o, bundan əvvəl AZAL-ın əməkdaşı olub.