Axtarış
The search found 105783 results in 0.061 seconds.
Search results
"Merkel Ərdoğana boyun əydi" - KÜRD LİDER
Almaniya PYD həmsədri Saleh Müslümə viza verməyib.
Bu barədə Avropa Demokratik Kürd Toplumu Konqresinin rəhbəri Yüksəl Koç deyib.
O bildirib ki, Müslüm G20 sammitinə qarşı təşkil edilən yürüşdə funksioner kimi iştirak edəcəkdi:
“Merkel Ərdoğana boyun əydi. Ərdoğanı məmnun etmək üçün Müslümün Almaniyaya gəlməsinin qarşısı alındı”.Muxalifet - 8-07-2017
Putin: "Televizordakı Tramp" real həyatdakından fərqlənir"
"ABŞ prezidenti Donald Tramp ilə şəxsi münasibətləri müəyyən edilmiş saymaq olar".
Bu sözləri Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunu üzrə keçirdiyi mətbuat konfransında deyib.
Prezidentin sözlərinə görə, "televizordakı Tramp" real həyatdakından fərqlənir. O, həmsöhbətini adekvat şəkildə qəbul edir, informasiyanı tez təhlil edir və qoyulmuş suallara cavab verir.Muxalifet - 8-07-2017
“Terrorçuların silahlandırılması artıq həlqədən çıxıb” - Ərdoğan
Sərhədimizdəki terrorçuların silahlandırılması cavabsız qalmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan G20 sammitindən sonra mətbuat nümayəndələrinə açıqlamasında deyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə özünü qoruma haqqından istifadə edəcək:
“Sərhədlərimizin yaxınlığında terror qruplaşmalarının dəstəklənməsinə, silahlandırılmasına və təşkilatlandırılmasına əsla səssiz qalmayacağıq. Terror qruplarına verilən silahların ölkəmizdə də ələ keçirilməsi onu göstərir ki, mövcud problem artıq həlqəsindən çıxıb”.Muxalifet - 8-07-2017
İran dini liderinin nümayəndəsi: "İkiyaşlı Zəhranın öldürülməsi vəhşilikdir"
İran İslam Respublikasının ali rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam-cüməsi Ayətullah Seyid Həsən Amili Ermənistanı kəskin tənqid edib.
“AzərTAc” xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində 2 yaşlı Zəhra Quliyevanın öldürülməsini vəhşilik adlandıran Həsən Amili Dağlıq Qarabağ bölgəsinin əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb.Muxalifet2 - 9-07-2017
“Amnesty International” Türkiyədə çevriliş cəhdində ittiham edildi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatını ölkədə yeni dövlət çevrilişinin hazırlanmasında ittiham edib və bunu bildirərkən kəşfiyyat məlumatlarına istinad edib.
Bundan öncə “Amnesty International” ötən cümə axşamı günü həbs edilmiş Türkiyə üzrə direktoru İdil Əsərin və təşkilatın digər fəallarının azad edilməsini tələb etmişdi.Muxalifet2 - 8-07-2017
“Türkiyə Suriyada kürd dövlətinin yaradılmasına yol verməyəcək” - ƏRDOĞAN
Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.
“Əgər Suriyanın şimalında kürd dövlətinin yaradılması planlaşdırılırsa, biz buna yol verməyəcəyik. Biz Türkiyənin ünvanına səsləndirilən hədələri də bağışlamayacağıq”, - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Suriya kürdləri bundan əvvəl ölkənin şimalında “Şimali Suriya federativ bölgəsi”nin yaradıldığını bəyan ediblər(apa).
Muxalifet2 - 9-07-2017
Ermənilər mövqelərimizi pulemyot və minaatanlarla ATƏŞƏ TUTUB
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 120 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 109 dəfə pozub.
Muxalifet2 - 9-07-2017
“Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair sualı bir neçə dəfə verib” - PUTİN
Rusiya prezidenti Vladimir Putin G-20 sammiti çərçivəsində keçirilən yekun mətbuat konfransında bildirib ki, ABŞ prezidenti Donald Tramp onunla ilk görüşdə Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi ilə bağlı bir neçə dəfə sual verib.
“Qazeta.ru” xəbərə verir ki, Putin görüş zamanı Trampın qeyd olunan məsələyə xeyli diqqət ayırdığını bildirib.Muxalifet2 - 9-07-2017
Rusiyalı politoloq: "Moskva Ermənistanı Azərbaycanla danışıqlara təhrik etməlidir"
Sergey Markov hesab edir ki, region yenidən tammiqyaslı müharibə astanasındadır
Dağlıq Qarabağ regionu yenidən "qaynar nöqtə"yə çevrilib. Tərəflərin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribatına cavab olaraq düşmənin atəş nöqtələrinə zərbələrin endirildiyini bəyan edib. Rəsmi Bakı erməni hərbçilərini Füzuli rayonunda kəndi atəşə tutaraq bir qadın və bir uşağın ölümünə səbəb olmaqda ittiham edir.Muxalifet - 9-07-2017
Türkiyədə 2 əsgər şəhid olub
Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğu hərbi maşın keçən zaman məsafədən partladılıb.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, yerli vaxtla ötən gecə saat 01.00-da Hizran-Tatvan yolunda baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün geniş miqyaslı anti-terror əməliyyatı başlayıb./apaMuxalifet - 9-07-2017
“Almaniya və Türkiyə arasında dərin fikir ayrılıqları var" - MERKEL
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb.
“TASS”-ın verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib.Muxalifet - 9-07-2017
“Görək o divan generallarının uşaqlarını cəbhəyə aparsalar yenə hücumdan danışacaqlarmı...”
Nə qədər ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə razılıq əldə etməyiblər, müharibə təhlükəsi həmişə olacaq və buna hazır olmaq lazımdır. Virtualaz.org xəbər verir ki, bunu Ermənistanda artan müharibə narahatlıqları və Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin yetişdiyi haqda son hesabatını şərh edən politoloq Armen Bədəlyan deyib.
Muxalifet2 - 9-07-2017
Ərdoğan: “Almaniya siyasi intihar edir”
Almaniya siyasi intihar edir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.
“Burada siyasi azadlıqlardan söhbət gedə bilməz. Əgər mən Almaniya siyasi intihar edir deyirəmsə, deməli bu məhz siyasi intihardır. Bu bumeranq kimidir, atan kimdirsə, onun üzərinə qayıdır”, - deyə Ərdoğan rəsmi Berlinin onun Hamburqda həmvətənlərinin qarşısında çıxışına qadağa qoymasını şərh edərkən bildirib.Muxalifet - 9-07-2017
Trampdan nümunəvi addım – ƏSGƏRİN PAPAĞINI... - VİDEO
ABŞ Prezidenti Donald Tramp minəcəyi helikopterin qarşısında dayanan hərbçinin papağının yerə düşdüyünü görüb.
O, güclü küləyin yerə atdığı papağı yerdən qaldırıb və hərbçinin başına qoyub.
Bu zaman külək papağı yenidən yerə atıb və Tramp ikinci dəfə onu yerdən götürüb.
Prezident hərbçinin papağını yaxınlıqdakı rütbəli şəxslərdən birinə verib və helikopterə əyləşib.
Həmin görüntüləri təqdim edirik:Muxalifet - 9-07-2017
Şəmkirdə kütləvi dava – XƏSARƏT ALANLAR VAR
Şəmkir rayonunadə baş vermiş dava zamanı 28 yaşlı oğlanın burnu sınıb.
Muxalifet.az report.az-a istinadən bildirir ki, hələ ki bilinməyən səbəbdən yaranan mübahisə zəminində tanışlar arasında əlbəyaxa dava düşüb.
Hadisə zamanı Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndinin sakini, 1989-cu il təvəllüdlü İsayev Ramil İsa oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması alan gəncin həm də burnunun sındığı məlum olub. Travmatologiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.Muxalifet2 - 9-07-2017
"Dünya erməni terroruna göz yummamalıdır"
Dünya dinc Azərbaycan əhalisinə qarşı erməni terroruna və təcavüzünə göz yummamalıdır.
Bunu Türkiyənin "Yeniakit" qəzetinin kolumnisti, Türkiyə prezident aparatı yanında "Akil İnsanlar" təşkilatının üzvü Əbdürrəhman Dilipak deyib.
Onun sözlərinə görə, ermənilərin Qafqazda həyata keçirdiyi işğalçılıq və terror siyasəti, qəbuledilməzdir.
Ə.Dilipak qeyd edib ki, dünya ictimaiyyəti ermənilərin bu hərəkətlərinə və müsəlmanlara qarşı etnik təmizləmə arapan dövlətlərə biganə yanaşır.Muxalifet - 9-07-2017
"Rusiya bir az da zəifləsə, İrəvan müflis olacaq" - NATİQ CƏFƏRLİ
Bu gün Ermənistanın əsas borclu olduğu ölkə Rusiyadır. Ölkə iqtisadiyyatının böyük əksəriyyətinə Rusiya nəzarət edir. Və son vaxtlar Rusiyada gedən proseslər Ermənistana ciddi şəkildə təsir edir. Yəni Rusiyanın iqtisadi aktivliyinin azalması buradan Ermənistana pul köçürmələrini də azaldır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadi vəziyyətini Axar.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O, Ermənistanın artan dövlət borcunun Rusiyadakı proseslərlə bağlı olduğunu bildirib:Muxalifet - 9-07-2017
G20 görüşünün yekun bəyannaməsi açıqlandı
Almaniyanın Hamburq şəhərində təşkil olunan XII G20 liderlərinin sammitinin yekun bəyannaməsi açıqlanıb.
Bəyannamədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qloballaşmanın faydalarının bölüşdürülməsi", "Sabitliyin yaradılması", "Davamlı dolanışıq mənbələrinin inkişaf etdirilməsi" və "Öhdəlik qəbul etmək" kimi təklif etdiyi əsas mövzular yer alıb.Muxalifet - 9-07-2017
“Dəmirdaş terrorçudur” – ƏRDOĞAN
Ərdoğandan Dəmirdaş sualına cavab: O, sadəcə...
G20 sammitindən sonra keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən biri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana HDP-nin həbsdə olan həmsədri Səlahəddin Dəmirdaşın və bu partiyadan olan digər deputatların nə vaxt azadlığa çıxacağı ilə sual ünvanlayıb.
Türk lider cavabında adıçəkilən şəxsin terrorçu olduğunu bildirib.Muxalifet - 9-07-2017
Həbsdə olan sabiq prezident azadlığa buraxıla bilər
Peru prezidenti bildirir ki, həbsdə olan sabiq prezident Alberto Fucimoriyə sağlamlıq səbəbilə əfv vermək qərarı çox güman “bu ilin sonundan öncə” veriləcək.
Prezident Pero Pablo Kuçinski cümə günü yerli radio stansiyasında deyib ki, keçmiş liderin cinayətləri əfv olunmayacaq, o, sadəcə həkimlərinin məsləhəti fonunda azadlığa buraxılacaq.
Eks-prezident cümə günü qeyri-normal ürək döyüntüsü və hipertoniya səbəbilə xəstəxanaya yerləşdirilib.Muxalifet2 - 9-07-2017