Axtarış
The search found 105783 results in 0.105 seconds.
Search results
“Qızımı dilənməyə məcbur edib, sonra da döyüblər” – VİDEO
Ağdaşın Məşəd qəsəbəsində, qaraçılar yaşayan məhəllədə qohumlar arasında kütləvi dava baş verib.
"Xəzər TV"yə verilən məlumata görə, dava bir-biri ilə qohum olan qadınlar arasında baş verib.
Məlumata görə, davada müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 yaşlı Fidan Quliyeva, 39 yaşlı Ülkər Quliyeva, 53 yaşlı Şəhla Quliyeva, 36 yaşlı Rövşanə Süleymanova, 19 yaşlı Gülcan Süleymanova və 16 yaşlı İzzət Qasımov Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi xəstəxanada saxlanılıb, qalanları evə buraxılıb.Muxalifet - 9-07-2017
ABŞ-da hər vətəndaşa 1000, Azərbaycanda 10 dollarlıq pulsuz dərman verilir
Rövşən Ağayev
Azərbaycan hökuməti dövlət büdcəsindən əhalinin dərman təminatı üçün son illər təxminən 100-110 mln. dollar yönəldib. Bu əhalinin hər nəfəri üçün 10 dollardan bir qədər çoxdur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzv ölkələrdə səhiyyənin durumuna dair hesabatlarını gözdən keçirirəm, sənəddə qeyd olunur ki, həmin ölkələrdə illik adambaşına dərman xərcləri 300-1000 dollar intervalında dəyişir. Məsələn, ABŞ-da 1000 dollara yaxındır, Polşa, Norveç və Çexiya kimi ölkələrdə 300-400 dollar intervalında dəyişilir.Muxalifet - 9-07-2017
“Bu gün yüzlərlə “like” məhbusu var” - NURƏDDİN MƏMMƏDLİ
Son günlər ölkədə baş verən ictimai-siyasi proseslərlı bağlı AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli ilə müsahibə:
– Nurəddin bəy, son günlər Gözəl xanımın səhhətinin ağır olması ilə bağlı xəbərlər yayılır. Son məlumat nədir, necədir durum?Muxalifet - 9-07-2017
ABŞ-ın dövlət katibi Ukraynaya səfər edəcək
Dövlət katibi Reks Tillerson ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Kört Uolkeri Ukrayna danışıqlarının xüsusi nümayəndəi vəzifəsinə təyin edib.
Bu, Tillersonun bazar günü Kiyevə ilk rəsmi səfərindən öncəyə təsadüf edir. Orada o, prezident Petro Poroşenko ilə Ukraynanın şərqində davam edən münaqişəyə son qoymaq və ölkənin islahat səylərinə yardım yollarını müzakirə edəcək.
“Birləşmiş Ştatlar Minsk razılığının məqsədlərinə sadiq qalır”, deyə Tillerson cümə günü bəyanatında bildirib.Muxalifet2 - 9-07-2017
7 yaşlı uşaq yanğında öldü
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.Muxalifet - 9-07-2017
Boru üstünə düşdü, zərbədən ÖLDÜ
Cəlilabad rayonunda 15 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.
2002-ci il təvəllüdlü Səfərov Fərid evlərinin çardağında iş görərkən dəmir borulardan biri onun üzərinə aşıb. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 9-07-2017
Ağdam sakini özünü güllələdi – İNTİHARA CƏHD
Ağdamda 48 yaşlı kişi intihara cəhd edib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndində baş verib.
Kənd sakini Səfərov Elşad Əfqan oğlu həyətində özünə odlu silahla atəş açaraq intihara cəhd edib. Yaxınları E. Səfərovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, hazırda E.Səfərov cərrahiyyə şöbəsində əməliyyat olunur, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır(apa).Muxalifet - 9-07-2017
İvanka Trampın atasını əvəz etməsinə Merkeldən münasibət...
Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın qızı İvankanın G-20 sammitinin bəzi iclaslarında atasını vəzə etməsinə münasibət bildirib.
Merkel fikirlərini belə izah edib:
"O, Amerika nümayəndə heyətinin üzvüdür və buna haqqı var. Prezidentin iclasda iştirakı ilə bağlı məsələni nümayəndə heyəti müəyyən edir".
Qeyd edək ki, G-20 sammiti iyulun 7-8-də Hamburqda keçirilib.Muxalifet - 9-07-2017
Putin Trampla mərcə girib
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Hamburqda baş tutan görüşlə bağlı yeni detallar ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Tramp Putinə Rusiyanın ölkəsində baş tutan seçkilərə qarışmasını irad tutub. Putin isə seçkilərə qarışmadıqlarını və buna görə Trampla mərcə girə biləcəyini deyib.
Məsələnin müzakirəsi 40 dəqiqə davam edib. Putin amerikalı həmkarından sübutlar tələb edib. Bu zaman Tramp mövzunu dəyişib.Muxalifet - 9-07-2017
Zümrüd Yağmur açıq təhdid qarşısında
Tanınmış ictimai xadim, yazıçı Zümrüd Yağmur feysbuk səhifəsində hədələndiyi və izlənildiyi, hətta naməlum şəxslərin onun yaşadığı evin həyətinə qədər gəlib çıxdığı haqda narahatlıq doğuran məlumat paylaşıb.
Z.Yağmurun yazdığını təqdim edirik:
"Açığını deyim, bu barədə yazıb yazmamağı xeyli düşündüm. Adətən bu və ya digər hallar olanda susmağa üstünlük verdiyimdən bu dəfə də eyni şəkildə susmaq istədim. Sonra düşündüm ki, artıq gecə yarı yaşadığım evin həyətinə qədər gəlib çıxırlarsa, susmamağın vaxtıdır.
Çünki daha bir az çox oldu…Muxalifet - 9-07-2017
Arif Hacılıdan Ərdoğana istehzalı İSMARIŞ - ŞƏRHSİZ
Müsavat partiyasının rəhbəri Arif Hacılının Facebook statusu ictimai -siyasi mühitdə heyrətlə qarşılanıb. Buna səbəbsə odur ki, tanınmış siyasi fiqur başqa bir dövlətin liderini qınayır ki, niyə ordusuna Qarabağı işğaldan azad etmək əmri vermir.
Statusu olduğu kimi təqdim edirik:
"Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.Muxalifet - 10-07-2017
“Cənub Qaz Dəhlizi layihəsi genişlənə bilər” - Azərbaycan Prezidenti
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Neft Konqresində bəyan edib
“Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,6 trln. kubmetrdir və bu ehtiyatlar yaxın onilliklər ərzində həm region ölkələrini, həm də Avropa ölkələrini qazla təmin etməyə imkan verəcək”.
Bu açıqlama ilə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxış edib.Muxalifet - 10-07-2017
İlham Əliyev: “Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır”
“Türkiyə gücləndikcə Azərbaycan da güclənir”
“Türkiyə bu gün dünya miqyasında böyük gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bunlar mənim qardaşım Prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi altında əldə edilib”.
Bunu Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində çıxışında deyib.Muxalifet - 10-07-2017
"Ərdoğanla bütün birgə planlarımız həqiqətə çevrildi" – İlham Əliyev
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresindəki çıxışında deyib
“Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünyanın enerji xəritəsini yenidən tərtib etdi”.
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresindəki çıxışında deyib.Muxalifet - 10-07-2017
"Ağ çiçəyim"ə hücum edib, satıcını döyən rəisin qardaşı oğlu imiş - TƏFƏRRÜAT - VİDEO
İyulun 3-də Gəncədəki "Ağ çiçəyim” gül mağazasına hücum olub.
azxeber.com xəbər verir ki, şəhərin Şeyx Bahəddin küçəsindəki gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər.Muxalifet - 10-07-2017
"Milli" Elçibəyçilik haqqında bir neçə söz
Bu yazı uzun olduğu üçün onu müəyyən ixtisarla oxucularımıza təqdim edirik. Əsas məqsədimiz heç də kiminsə şəxsiyyətini alçaltmaq və ya ona qarşı çamurlar atmaq deyil. Azərbaycanın bir dövlət olaraq hansı psixoloji savaş düzəninin işində olduğunu, eləcə də diaspor anlayışında yaranan siyasi labirintlərdə yer almış peşəkar avantüranın gerçək simasını göstərmək “Xudaferin.eu”nin hədəflərindən biridir. Biz iqtidar-müxalifət bilmədən gerçəkləri üzə çıxarmağı hədəf sayırıq. Bu, həm də Azərbaycan və diaspor düzənində qarşımıza çıxan sorunlarına çözümünə aydınlıq gətirilməsi deməkdir.
Muxalifet2 - 10-07-2017
Əvəz Temirxan Azərbaycandan gedir
Azərbaycan Liberal Partiyasının (ALP)sədri Əvəz Temirxan ölkədən gedir.
Bu barədə ALP sədrinin yaxınlarından məlumat daxil olub.
Xəbəri dəqiqləşdirmək məqsədilə əməkdaşımız ALP sədri ilə əlaqə saxlayıb.Muxalifet - 10-07-2017
MTN polkovnikinə hökm oxundu: Rütbəsi söküldü... - XÜSUSİ QƏRARDAD
Sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Məhkəmənin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.Muxalifet - 10-07-2017
Siyasi müşahidəçi: “Görüş Rusiyanın triumfu idi”
“ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammitində danışıqlar zamanı öz qətiyyətli niyyətlərini göstərə bilmədi”.
Bunu ABŞ və Rusiya prezidentlərinin iyunun 7-də Almaniyanın Hamburq şəhərində keçirilən görüşünü şərh edən siyasi müşahidəçi Maşa Qessen “Nyu-York Tayms” nəşrində yazıb.
Onun sözlərinə görə, əksinə, Trampın özü Rusiya prezidentinin tələsinə düşüb.
“Görüş Rusiyanın triumfu idi”, - məqalədə deyilir.Muxalifet - 10-07-2017
"ABŞ artıq dünyanın lideri deyil" – POLİTOLOQ
G20 sammiti göstərdi ki, dünya artıq təkqütblü, ABŞ isə daha dünyanın lideri deyil.
Bunu Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin deyib:Muxalifet - 10-07-2017