Axtarış

The search found 105783 results in 0.009 seconds.

Search results

  1. Ərdoğan Putinə təşəkkür etdi

    Putin Türkiyə sayəsində Suriya münaqişəsinin nizama salınmasında irəliləyişin əldə olunduğunu bildirib.

    Muxalifet - 8-07-2017

  2. 2 nəfər bıçaqlandı, biri ÖLDÜ - XAÇMAZDA

    Yaralının vəziyyəti orta-ağırdır
     
    Xaçmazda qətl hadisəsi baş verib.
    Hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.
    Belə ki, kənddə iki nəfər bıçaqlanıb. Hadisə nəticəsində Qusarçay kənd sakini, 1978-ci il təvəlüdü Hacıyev Məhərrəm Pirəmməd oğlu ölüb, 1976-cı il təvəllüdlü həmkəndlisi Mustafayev Məzahir Şabəddin oğlu isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.

    Muxalifet - 8-07-2017

  3. Tramp: “Putinlə görüş mükəmməl keçdi”

    ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşünün mükəmməl keçdiyini açıqlayıb.
     
    Bu barədə “France-Presse” Agentliyi məlumat yayıb.
     Bildirilir ki, D.Tramp bu barədə Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşündə deyib.
     Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saat yarım davam edib.
     Rusiya prezidenti Vladimir Putin görüşdə kibertəhlükəsizlik, terrorla mübarizə, Suriya və Ukrayna böhranlarının müzakirə olunduğunu açıqlayıb.

    Muxalifet - 8-07-2017

  4. Jiquli “Qazel”lə toqquşdu – Ailənin 5 üzvü yaralandı

    Ağdaşda bir ailədən 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
     
    Bak-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində “VAZ-21011” markalı minik avtomobili ilə “QAZel” markalı yük avtomobili toqquşub.

    Muxalifet - 8-07-2017

  5. Bıçaqla üç nəfərə hücum etdi: bir ölü, bir yaralı - YENİLƏNİB

    Yaralının vəziyyəti orta-ağırdır
     
    Xaçmaz rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub.
    Rayon prokurorluğundan bildirilib ki, hadisə bu gün saat 10.30 radələrində baş verib.
    Belə ki, 38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. O həmkəndlisi, 39 yaşlı Məhərrəm Hacıyevi və 38 yaşlı Məzahir Mustafayevi bıçaqlayıb, digər Məhərrəm adlı şəxsi bıçaqlamaq istəyib, lakin mümkün olmayıb.
    Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb, Məzahir Mustafayev isə rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.

    Muxalifet - 8-07-2017

  6. Vəkil Aslan İsmayılovun həbsi tələb edildi

    İş adamı Mürvət Həsənli vəkil Aslan İsmayılovun həbs olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
     
    İş adamı Səbail rayon Məhkəməsinə göndərdiyi şikayətində Aslan İsmayılovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
    Səbail rayon Məhkəməsi şikayəti icraata götürməkdən imtina edib. İş adamı qərardan apelyasiya şikayəti verib. Şikayət üzrə məhkəmə prosesi iyulun 11-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

    Muxalifet - 8-07-2017

  7. Rusiyanın “Qərb-2017” hərbi təlimlərinin arxasındakı GİZLİNLƏR

    Rusiya “Qərb-2017” hərbi təlimlərində iştirak edəcək qoşunların bir hissəsini Belarus ərazisində saxlaya bilər.
     
    Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının başçısı Viktor Mujenko “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.
    “Tamamilə ehtimal ediləndir ki, bu qoşunların bir hissəsi təlimlərin sonunda Belarus ərazisində qalacaq. Bu halda yüksək ehtimal mövcuddur ki, təlimlər zamanı silah, hərbi texnika və maddi-texniki vasitələrinin gizli saxlanıldığı məntəqələri açılacaq”, - Mujenko qeyd edib.

    Muxalifet - 8-07-2017

  8. Putin və Melaniya Tramp ünsiyyətdə... - FOTO

    Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın birinci ledisi Melaniya Tramp ilk dəfə görüşüblər.
     
    İyulun 7-də Almaniyanın Hamburq şəhərində G20 sammitindən sonra təşkil edilən ziyafətdə görüşən Putinlə Melaniya Tramp səmimi ünsiyyət qurublar və mühüm məsələləri müzakirə ediblər.
    Müzakirənin alman dilində aparıldığı bildirilir.

    Muxalifet - 8-07-2017

  9. ADP-dən Rusiya əleyhinə SƏRT BƏYANAT – “Rusiya Azərbaycan ərazisini işğal siyasətini davam etdirir”

    Azərbaycan Demokrat Partiysı Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşları ilə bağlı Azərbaycan dövlətinə tutduğu iradlarla əlaqədar bəyanat qəbul edib. Muxalifet.az xəbər verir ki, bəyanatda deyilir:
    “ADP Rusiya Xarici İşlər Nazirliyinin guya erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan dövləti tərəfindən hüquqlarının pozulması ilə bağlı verdiyi bəyanatı qətiyyətlə pisləyib və bunu suveren Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi dəyərləndirib.

    Muxalifet2 - 8-07-2017

  10. Xilaskar polis can qurtararkən huşunu itirdi - FOTO

    Bakıda fədakarlıq göstərərək qadınların həyatını xilas edən polis vəzifə başında huşunu itirib.
     
    DİN-dən verilən məlumata görə, iyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada yanğın baş verib. Yanğın binanın bloklarından birinin 5-ci mərtəbəsində 4 mənzilini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün müvafiq tədbirlər görüblər.

    Muxalifet - 8-07-2017

  11. Ərdoğandan alman jurnalistə tarix dərsi

    Rəcəb Tayyib Ərdoğan G20 sammitindən əvvəl “Die Zeit” qəzetinin redaktoru Giovanni di Lorenzonun suallarını cavablandırıb.
     
    Ərdoğan müsahibə əsnasında “Alman mətbuatı niyə mənə diktator deyir?” sualına cavab istəyib.

    Muxalifet - 8-07-2017

  12. BİNƏQƏDİ MƏHKƏMƏSİNİN "QUYU QAZAN" HAKİMİ

    Və yaxud 546 min dollarlıq əsassız iddianın arxasında hansı maraqlar dayanır?

    Muxalifet2 - 8-07-2017

  13. MÜXALİFƏTDƏN ALXANLI HADİSƏSİNƏ REAKSİYA

     
    Arif Hacılı:“Azərbaycan hakimiyyəti öz movqeyini birmənalı şəkildə ortaya qoymalıdır”
    Mirmahmud Mirəlioğlu: “Rusiyadan Azərbaycanı dəstəkləyən addımın gözlənilməsi sədəlövhlükdür”
    Əli Əliyev:“Bu hadisə Azərbaycanda baş verə biləcək pozitiv dəyişikliklərə qarşı Rusiyanın müqavimət aksiyasıdır”
     

    Muxalifet2 - 8-07-2017

  14. Gözəl Bayramlı, Əfqan Muxtarlı və Əziz Orucovun saxlanma şəraiti necədir? – VƏKİLDƏN AÇIQLAMA

    Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalst Əfqan Muxtarlının səhhətində problemlər var. "Kanal 13" İnternet resursunun rəhbəri Əziz Orucova isə ailə üzvləri ilə görüşməyə imkan vermirlər.
    Muxalifet.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində video müraciətində bildirir.
    Vəkil hər üç şəxslə saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb.

    Muxalifet - 8-07-2017

  15. “Heykəl məhbusu” həbsxanada işğəncələrə məruz qalır...

    Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Qiyas İbrahimov işgəncələrə məruz qalır.
     
     Bu barədə onun anası Şura Əmiraslanova bildirib. O, Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədir.
    Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayında Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Gəncləri qanunsuz narkotik dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.

    Muxalifet - 8-07-2017

  16. Dövlət kəndliyə 7 qəpik verib onun məhsulundan 1 dollar qazanır

    Dövlət tədarük məntəqələrinə verilən pambığın hər kiloqramına 10 qəpik subsidiya ödəyir və əldə edilən pambıq lif halına salınmadan, yəni çiyidli şəkildə dünya bazarlarında №2 (Cotton #2)  markası ilə kiloqramı 1,5 dollara satılır.
     
    Rəsmi statistikaya görə, keçən il ölkənin pambıqçılıq rayonlarında 52 min hektar sahədən 87,2 min ton pambıq yığılıb. Yığılan pambığın əksəriyyəti dünya bazarlarında satılıb, yəni nəzəri olaraq Azərbaycan indiki qiymətlərlə pambıq ticarətindən 130 milyon dollardan artıq vəsait götürüb.

    Muxalifet - 8-07-2017

  17. Qiyas İbrahimin işgəncələrlə bağlı məktubu “Azadlıq”da… FOTO

    Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” yazdığına görə narkotiklə şərlənən və 10 il həbs cəzası verilən Qiyas İbrahimova saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində verilən işgəncələrlə bağlı heykəl məhbusunun özünün məktubu:
     

    Muxalifet - 8-07-2017

  18. G20 liderlərinin birgə bəyanatı yayıldı

    G20 ölkləri Hamburqda keçirilən sammitdə terrorizm əleyhinə birgə bəyanat qəbul ediblər.
     
    Bəyanatda beynəlxalq terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırılıb. Və bu təşkilatların sırasında İŞİD və “Əl-Qaidə” xüsusi qeyd olunub.
    “Terrorizm beynəlxalq maliyyə sistemi üçün qəbuledilməzdir. Buna qarşı mübarizədə qətiyyətli olduğumuzu bəyan edirik”, – deyə bəyanat müəllifləri bildirib.

    Muxalifet - 8-07-2017

  19. İşdən çıxarılan icra başçısının milyonları üzə çıxdı

    İbrahim Mehdiyevin dəyəri milyonlarla ölçülən obyektləri üzə çıxdı
     
    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin özbaşına sökülməsinə görə, Yasamal İcra Başçısı İbrahim Mehdiyevi tutduğu vəzifədən azad edib.
    Unikal.org keçmiş İcra başçısı ilə bağlı şok faktlar əldə edib. Belə ki, İbrahim Mehdiyevin təkcə Bakıda 10-dan artıq milyonluq obyektləri, İsveçrədə isə böyük əmlaka sahib olması barədə etibarlı mənbədən məlumat əldə edib.

    Muxalifet - 8-07-2017

  20. Peskov: "Putin və Ərdoğan "Türk axını"nı müzakirə edib"

    O, iki ölkə prezidenti arasındakı əlaqəni intensiv adlandırıb
     
    Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Hamburqda keçirilən G20 sammitində "Türk axını" layihəsinin həyata keçirilməsi məsələsini müzakirə ediblər.
    RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
    "Türk axını" layihəsinin həyata keçirilməsi, "Akkuyu" atom elektrik stansiyasının inşası üzrə müzakirələr aparılıb, Suriya üzrə üzbəüz danışıqlar keçirilib", - D.Peskov vurğulayıb.

    Muxalifet - 8-07-2017

Pages