Axtarış
The search found 105783 results in 0.028 seconds.
Search results
VAZ-2106 İLƏ MERSEDES TOQQUŞDU – SÜRÜCÜ ÖLDÜ
Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib.
Yolun 457-ci kilometrliyində, Ağstafa rayonu Qırlı kəndində “VAZ2106” və "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, Qırlı kənd sakini, 1987-ci il təvəllüdlü Mustafayev Elvin Surxay oğlu hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.Muxalifet - 8-07-2017
Volesipedçini avtomobil vurub - TOVUZDA
Tovuzda velosipedi avtomobill vurub.
Hadisə rayonun Qovlar şəhərində, bazarın yaxınlığında qeydə alınıb. Dönük Qırıqlı kənd sakini, 1991-ci il təvəllüdlü Aslanov Elmar İlqar oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan gənc Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Muxalifet - 8-07-2017
Qadınlar arasında kütləvi DAVA – 6 YARALI
Ağdaş rayonunda qohumlar arasında kütləvi dava baş verib.
Muxalifet - 8-07-2017
Ərdoğan-Tramp görüşünə Merkelin gülüşü - MARAQLI FOTO
Hamburqda “G-20” sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Donald Trampın əl tutmasını əks eləyən foto yayılıb.
İki prezidentin görüşünü Almaniya kansleri Angela Merkel təbəssümlə izləyib.
Türkiyə mediası Ərdoğanla Trampın səmimi əl tutmasına Merkelin qısqanc yanaşdığını iddia edib.Muxalifet - 8-07-2017
Azərbaycanda nə qədər YOXSUL VAR... – EKSPERTDƏN AÇIQLAMA
“Azərbaycanda 1,5 milyon nəfər muzdlu əməkçi var ki, bunun 900 min nəfəri büdcə təşkilatlarında çalışırlar.
Muxalifet - 8-07-2017
ATƏT Azərbaycana qarşı qətnamə qəbul etdi
ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəkləyib.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı Belarus mətbuatı yayıb.
ATƏT-in Parlament Assambleyasının sessiyası Minskdə keçirilir. Anti-Azərbaycan qətnaməsinin lehinə 31, əleyhinə isə 17 nümayəndə səs verib. 17 nəfər bitərəf qalıb.Muxalifet - 8-07-2017
Azərbaycanın qatı düşməni mafiya başçısı imiş
İtaliyanın Apuliya vilayətində TAP qaz kəmərinin tikintisinin qatı əleyhdarlarından biri olan Avetran şəhərinin meri Antonio Mino İtaliya polisi tərəfindən həbs edilib.
O, polis tərəfindən “Koza Nostra” mafiya klanının mümkün rəhbərlərindən biri kimi şübhəli qismində saxlanılıb.
Aparıcı İtaliya nəşrləri “La Republica” və “La Stampa”nın yazdıqlarına əsasən, Antonio Minonun həbsi son illər ərzində mafiyaya qarşı aparılan ən irimiqyaslı əməliyyat çərçivəsində baş tutub.Muxalifet - 8-07-2017
Kürd lider İrana səfər edəcək
İraqın sabiq prezidenti, Kürdüstan Vətənpərvərlər Partiyasının sədri Cəlal Tələbani İrana səfər edəcək.
Kürdüstan Vətənpərvərlər Partiyasının rəsmi saytında yer alan xəbərə görə, Tələbani İran rəsmilərinin dəvəti əsasında Tehrana gedəcək.
Xəbərdə Tələbaninin İrana dostcasına səfər edəcəyi bildirilsə də, hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb.
Cəlal Tələbani iki müddət İraq prezidenti vəzifəsini icra edib, daha sonra infarkt keçirdiyi səbəbindən Berlində bir ildən çox müalicə alıb.Muxalifet - 8-07-2017
Ərdoğan Trampla görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla Almaniyanın Hamburq şəhərində G20 (“Böyük iyirmilik”) sammiti çərçivəsində görüşüb.
Bu haqda məlumatı “Anadolu” agentliyi yayıb.
Görüş 20 dəqiqə davam edib.Muxalifet - 8-07-2017
“Formula-1”a qarşı məhkəmə iddiası
Azərbaycanda jurnalist və hüquq müdafiəçisi "Formula-1"i məhkəməyə veriblər.
Onu insan hüquqlarının pozulmasında, hərəkət və istirahət hüququnun məhdudlaşdırılmasında ittiham ediblər.
İkinci ildir ki, Bakıda keçirilən "Formula-1" Qran-pri yarışları şəhər əhalisinin həyatına təsir göstərib. 3 kilometr uzunluğunda dənizkənarı bulvarın köhnə hissəsi bileti olmayanların üzünə qapalı olub. Bulvara giriş ancaq "Formula 1"-ə bileti olanlara açıq olub.Muxalifet - 8-07-2017
Araz çayında 1 nəfər batıb
Vətəndaşın axtarışına başlanılıb
Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfər batıb.
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək./reportMuxalifet - 8-07-2017
Həbsdə olan jurnalistin xanımından açıqlamalar
Həbsdə olan jurnalist Əziz Orucovun xanımı Lamiyə Çerpanova (Orucova) iyulun 7-də Novator.az-a açıqlama verib.
Muxalifet - 8-07-2017
"Qiyas ona görə həbsdədir ki…" - HÜQUQ MÜDAFİƏÇİSİ
“Dünyadan ədalət tələb edəndə, özünüzün yaratdığınız “ədalət”ə də baxın”
Hüquq müdafiəçisi Anar Məmmədli özünün facebook səhifəsində iki son hadisəyə münasibət bildirib. Həmin statusu təqdim edirik:
– İki yaşlı körpənin ölümü ilə bağlı Ermənistan rəhbərliyi, dünya birliyi və müharibəni lənətlədiyimiz son 3 gündə Bakıdan bir az uzaqda yerləşən 2 saylı həbsxanada gənc siyasi məhbus Qiyas İbrahimov işgəncələrə məruz qalıb.Muxalifet - 8-07-2017
Avropa Məhkəməsi daha 6 iş üzrə qərarını açıqlayacaq
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarlarını açıqlayacaq.
Bu haqda vəkil Asabəli Mustafayev feysbuk səhifəsində məlumat yayıb:
“Avropa Məhkəməsi hüquqlarını müdafiə etdiyim 6 şikayətçinin işi üzrə 13 iyulda qərarlarını elan edəcəkdir. Bu Ərizəçilər aşağıdakılardır:
1.Abdulali Sərvər
2.Rüstəmli Sahib
3.Əlisoy Türkel
4.Nağıyev Köçəri
5.Abbas Fəxrəddin
6.Aygün SəfərliMuxalifet - 8-07-2017
Özbәkistan prezidenti jurnalistlәri korrupsiyadan yazmağa çağırdı
Bu yaxınlarda Özbәkistan xarixi işlәr naziri Әbdülәziz Kamilov HRW tәşkilatının Özbәkistana qayıda bilәcәyini bildirmişdi.
Bu dәfә isә Özbәkistan prezidenti Şavkat Mirziyayev jurnalistlәrә çağırış edib. Belә ki, Özbәkistan prezidenti jurnalistlәrә çağırışında bürokratiya vә korrupsiya daxil olmaqla ölkәnin inkişafına әngәl olan bütün problemlәrin işıqlandırılmasının vacibliyini vurğulayıb.Muxalifet - 8-07-2017
Qeyri-neft sektorunda 1.3 milyardlıq kəsir
Nemət Əliyev
Qeyri-neft sektorunda bir milyard 136 milyon dollar məbləğində kəsir yaranıb. Mərkəzi Bankın açıqladığı rüblük Tədiyə Balansından belə məlum olub.
Muxalifet - 8-07-2017
Rüfət Səfərov “Kürdəxanı”ya köçürüldü
Keçmiş müstəntiq, siyasi məzmunlu etiraz bəyanatı ilə vəzifəsindən istefa verən, bundan sonra şərlənərək həbs olunan, siyasi məhbus Rüfət Səfərov iyulun saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanıda yerləşən Bakı 1 saylı istintaq təcridxanasına köçürülüb.
Muxalifet - 8-07-2017
Astarada yük maşını dağdan aşıb
Astarada yük maşını dağdan aşıb, sürücü ağır xəsarət alıb.
Miki kəndində Astaranın Pensər kənd sakini Sadiq Nəcəfovun idarə etdiyi mişar daşı ilə yüklənmiş “KamAZ” dağdan aşıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta ağır olduğu deyilir./apaMuxalifet - 8-07-2017
Araz çayında batan gəncin meyiti sudan çıxarılıb
Saatlıda çayda batan gəncin meyiti sudan çıxarılıb.
Rayon sakini, 1996-cı il təvəllüdlü Allahverdiyev Gülməmməd Şahin oğlu bu gün Araz çayının Saatlıdan keçən hissəsində batıb.Muxalifet - 8-07-2017
Putindən tarixi etiraf: "Türkiyəsiz bacarmarıq"
Suriyada təhlükəsiz bölgələri daha çox diqqətdə saxlayacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Hamburqda G20 sammitindəki ikilitərəfli görüşlərdən sonra jurnalistlərə açıqlamasında deyib.
Kreml rəhbəri bildirib ki, Rusiya Suriyadakı fəaliyyətində Türkiyəsiz uğur qazana bilməz:
“ABŞ-ın Suriya ilə bağlı mövqeyi daha praqmatikdir”.Muxalifet - 8-07-2017