20 yaşlı gənci iki nəfər döyüb – Reanimasiyadadır

Zərərçəkmiş xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib
 
Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.
Kazımağa Kərimov küçəsində 1997-ci il təvəllüdlü Zeynallı Kənan Əflatun oğlu iki nəfərlə mübahisə edib.
Nəticədə o, döyülərək üz və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkmiş xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.