Axtarış
The search found 105779 results in 0.015 seconds.
Search results
"Berlin Ankaranın güclənməsini həzm etmir" – NATİQ MİRİ
Almaniya-Türkiyə münasibətlərinin pisləşməsindən danışarkən bu münasibətlərin nə vaxtdan, hansı hadisədən sonra pisləşməsinə xüsusi fikir vermək lazımdır.
Təbii ki, bu zaman dərhal ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi yada düşür.
Muxalifet.az xəbər verir ki, bunu politoloq Natiq Miri hazırda Türkiyə və Almaniya rəsmiləri arasında gərgin münasibətləri şərh edərkən deyib.Muxalifet - 30-06-2017
Bakı-Sumqayıt qatarı gənc qızı vurdu
Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar sərnişini vurub.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, hadisə az öncə Xırdalan-Biləcəri xəttində baş verib.
"20-21 yaşlarında olan xanım yolu keçmək istəyərkən qulağında qulaqcıq olduğu üçün qatarın dəfələrlə xəbərdarlıq siqnalını eşitməyib. Xəstəxanaya çatdırılan piyadanın vəziyyəti qənaətbəxşdir", - Qədirova bildirib./axar.azMuxalifet - 30-06-2017
ABŞ vitse-prezidenti Qafqaza gəlir
ABŞ-ın vitse-prezidenti Mayk Pens üç ölkəyə səfər edəcək.
Bu barədə informasiyanı Ağ Ev yayıb. Pensin ziyarət edəcəyi ölkələrin Estoniya, Gürcüstan və Monteneqro olduğu bildirilib.
Turne 30 iyuldan 2 avqusta qədər gerçəkləşəcək. Pens Gürcüstanda ölkə rəsmiləri ilə görüşlə bərabər, Amerika-Gürcüstan birgə təlimlərini də müşahidə edəcək.Muxalifet - 30-06-2017
Türk ordusundan PKK-ya AĞIR ZƏRBƏ
Türkiyə Silahlı Qüvvələri son bir həftədə PKK-ya qarşı keçirilən əməliyyatlarla bağlı açıqlama yayıb.
Haber-7 xəbər verir ki, türk əsgərinin son bir həftədə Hakkari, Şırnak, Diyarbəkir, Bingöl, Elazığ və Siirtdə keçirdiyi əməliyyatlar nəticəsində 60 terrorçunun məhv edildiyi bildirilib.
Bundan başqa, PKK-çılara məxsus xeyli silah-sursat və partlayıcı maddə ələ keçirilib.Muxalifet - 30-06-2017
ABŞ yüzlərlə hərbçisini İrəvana göndərdi - Qorxunc plan İŞƏ DÜŞDÜ
ABŞ-ın Ermənistanda siyasi rejimin dəyişməsi ilə bağlı əməliyyatının ikinci mərhələsinə tam güclə strat verilib. Hazırda, yüzlərlə amerikalı hərbçi Ermənistandadır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “newsinfo” saytı çıxış edib.
İddiaya görə, amerikalı hərbçilər təlimatçı, yaxud müxtəlif ad altında Ermənistana gəliblər.Muxalifet2 - 30-06-2017
Rus ordusu Afrindən çıxır - Türkiyə böyük hərbi əməliyyata hazırlaşır
Türkiyə Suriyanın Afrin şəhərinə hərbi əməliyyata hazırlaşır.
Afrində yerləşdirilən rus hərbçiləri bölgəni tərk edirlər. Üç xüsusi birləşmədən ibarət 200 rus əsgəri Əsəd rejiminin nəzarəti altında olan Nubül qəsəbəsinə çəkilib.
Rus əsgərləri PKK/PYD işğalı altında olan Afrin və ətraf kəndləri 15 gündür ki, boşaldır və dünən də sonuncu rus əsgəri ərazini tərk edib.
Dünən Kefer Cinnedəki Kiybar düşərgəsindən əsgərlərini çəkən Rusiya Əsəd rejiminin nəzarəti altındakı Nubül qəsəbəsinə yerləşib.Muxalifet - 30-06-2017
84 yaşlı qadın itkin düşdü
Bakıda 84 yaşlı qadın itkin düşüb.
Paytaxtın Yasamal rayon sakini, 1933-cü il təvəllüdlü Zeynalova Nəsibə Mehdi qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.Muxalifet - 30-06-2017
Təhsil işçisindən Mikayıl Cabbarova — VİDEOMÜRACİƏT
2011-ci ildən bəri imtahansız işə qəbul olunan müəllimlərin işdən kənarlaşdırılacağı barədə əvvəl də fikirlər dolaşırdı. Son həftələr isə artıq bu reallaşdı və 7000-dən artıq müəllim işsiz qaldı.
Muxalifet - 30-06-2017
Toğrul Əsgərovun Azərbaycan yığmasından imtinasının SƏBƏBLƏRİ — TƏFƏRRÜAT
Azərbaycan güləş milli komandasının üzvü, olimpiya çempionu Toğrul Əsgərovun milli komandadan imtina etməsi barədə informasiyalar səngimək bilmir. Hətta onun bundan sonra karyerasını davam etdirəcəyi ölkənin adı də çəkilir-Türkmənistan.
İdmançı özü isə zənglərə cavab vermədiyindən, bu barədə dəqiq nəsə söyləmək çətindir. Məlum olan bir məsələ var ki, Türkmənistan tərəfdən olimpiya çempionumuza belə bir təklif olub. Əsgərovun komanda yoldaşı, dünya çempionu Hacı Əliyev də təsdiqləyir ki, həmkarına belə bir təklif var:Muxalifet - 30-06-2017
"Rusiya dəniz gücü olmadığını etiraf edəcək" - STRATFOR
Rusiya zamanla dənizdə böyük güc sahibi olmadığını etiraf edəcək.
Bu iddia ilə Amerikanın “Stratfor” şirkəti çıxış edib. Şirkət Moskvanın öz donanmasının maliyyələşdirilməsini və hərbi gəmilərinin sayını azaltmaqla böyük dəniz gücünə çevrilə bilməyəcəyini vurğulayıb:
“Rusiya əsas diqqətini Baltikyanı, Ukrayna, Qafqaz və Arktikaya yönəldir. Üstəlik, Rusiya Arktikadakı “Şimal” strateji komandanlığına 2020-ci ilə qədər hərbi dairə statusu verəcək. Lakin Rusiya, tezliklə, böyük dəniz gücü olmayacağını etiraf edəcək”./axar.azMuxalifet - 30-06-2017
Azərbaycanın statusu “qeyri-aktiv” saxlanıldı
Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsləri (Open Government Partnership) Rəhbər komitəsi iyunun 29-da keçirilən toplantısında Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin pis olması səbəbindən ölkənin statusunu daha bir il müddətinə "qeyri-aktiv" saxlamağı qərara alıb.
Bu barədə təşkilatın məlumatında bildirilir.Muxalifet - 30-06-2017
"Fərman Ceyranlının həbsi siyasi sifarişdir" - VƏKİL
Mən Natali Bejaşvili bir vəkil olaraq Fərman Ceyranlının ittihamı ilə tanış olarkən dəhşətə gəldim.
Bəlkə də Gürcüstanın tarixində belə rüsvayçı məhkəmə gərarına rast gəlinməyib. Bu barədə Gürcüstanda barəsində həbs qətimkan tədbiri seçilmiş Fərman Ceyranlının vəkilinin bəyanatında deyilir.
Fərman Ceyranlı 2017-ci il mayın 22-də Gürcüstan polisi tərəfindən saxlanılıb, məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.Muxalifet - 30-06-2017
Dövlət qəzeti Abutalıbovu hədəfə aldı - “Bakıda tikinti xaosu yaradıblar”
Son vaxtlar tez-tez ciddi tənqidi materiallarla çıxış edən Milli Məclisin mətbu orqanı - "Azərbaycan” qəzeti bu dəfə Bakıdakı tikinti özbaçınalığından söz açaraq, üstü örtülü olsa da, şəhər meri Hacıbala Abutalıbov hədəfə alıb.
Dövlət qəzeti "Bakıda xaotik tikinti dövrü başa çatdı” başlıqlı yazıda ayrı-ayrı tikinti şirkətlərini tənqid edir, paytaxtda tikinti sahəsində biabırçı mənzərənin olduğu bildirilir:Muxalifet - 30-06-2017
Həbsdəki jurnalistin anasından ölkə rəhbərliyinə sual dolu müraciət
Deməyə sözüm var...
Muxalifet - 30-06-2017
Abbas Abbasovun oğlu yaltaqlardan yazdı: “Belə adamlara biz tərəfdə gədə deyirlər”
“Nəinki Milli Məclisdə, hətta cəmiyyətimizdə bizim milli ruhumuzdan uzaq olan yaltaqlığın, bu cür davranışın kökü kəsilməlidir”.
Bu sözləri sabiq deputat Aydın Abbasov özünün sosial şəbəkəsindəki səhifəsində deputat həmkarı Qüdrət Həsənquliyevin bu gün parlamentdə səsləndirdiyi təklifinə münasibət bildirərək yazıb.Muxalifet - 30-06-2017
Müflis azərbaycanlı oliqarxa daha bir zərbə: 2 MƏNZİLİNƏ HƏBS QOYULDU
Moskva Arbitraj məhkəməsi azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmaylovun Moskva ətrafında üç torpaq sahəsinə və iki malikanəsinə həbs qoymaqdan imtina edib.
Lakin məhkəmə kreditorların tələbi əsasında İsmayılovun Moskvanın mərkəzi Kutuzovsk prospektində yerləşən iki mənzilinə həbs qoyub. Rusiya KİV xəbər verir ki, həmin mənzillər 5 və 6 otaqlıdır.Muxalifet - 30-06-2017
Almaniya Aİ-dən Azərbaycanla bağlı TƏLƏB ETDİ
“Azərbaycanla imzalanacaq sənədlərdə demokratiya və insan hüquqları məsələsinə böyük önəm verilməlidir”
Almaniya parlamenti (Bundestaq) iyunun 29-da Avropa Birliyinin Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəd kansler Angela Merkelin rəhbəri olduğu koalisiya və Almaniya Sosial Demokrat Partiyasının təşəbbüsü ilə müzakirəyə çıxarılıb.Muxalifet - 30-06-2017
Tehranı Dağlıq Qarabağ ətrafında hansı məsələ təşvişə salıb: İSRAİLİN ARTAN NÜFUZU, YOXSA...?
Politoloq: “İran dövlətinin marağındadır ki, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupu çərçivəsində deyil, regional səviyyədə həll olunsun”
“İran istəmir ki, Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın nəzarətində olan hərbçilər İran sərhədləri yaxınlığında yerləşdirilsin. İran bunu özü üçün təhlükə hesab etdiyinə görə bu cür xarici müdaxilələri, xüsusən də regionda olmayan güclərin regiona müdaxiləsini qəbul etmir”.Muxalifet - 30-06-2017
"BakiPost" saytının baş redaktoru saxlanıldı
"BakiPost" saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb.
Bu barədə Criminal.az məlumat yayıb. Məlumata görə, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb.
Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.
Elçin Zahiroğlu ilə əlaqə saxlamağa çalışılsa da, baş redaktorun telefonu söndürülüb.Muxalifet - 1-07-2017
Azərbaycanlı qızları İran üzərindən Dubaya daşıyırlar – HESABAT
Bu günlərdə ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabayını açıqlayıb. Hesabatda Azərbaycanın müvafiq strukturlarının insan alverinin qarşısının alınması və insan alveri qurbanlarına yardım sahəsində irəliləyiş əldə etdikləri vurğulanmışdı. Lakin hesabatın İrana aid hissəsindən məlum olur ki, qonşu ölkədə bu sahədə vəziyyət daha ağırdır.
Muxalifet2 - 1-07-2017