Abbas Abbasovun oğlu yaltaqlardan yazdı: “Belə adamlara biz tərəfdə gədə deyirlər”

 “Nəinki Milli Məclisdə, hətta cəmiyyətimizdə bizim milli ruhumuzdan uzaq olan yaltaqlığın, bu cür davranışın kökü kəsilməlidir”.
 
Bu sözləri sabiq deputat Aydın Abbasov özünün sosial şəbəkəsindəki səhifəsində deputat həmkarı Qüdrət Həsənquliyevin bu gün parlamentdə səsləndirdiyi təklifinə münasibət bildirərək yazıb.
 Sabiq deputat qeyd edib ki,  cəmiyyət qarşılıqı hörmət üzərində inkişaf etməlidir: “Həyatmın 10 ilinin ən şərəfli anları Azərbaycan Milli Məclisi ilə bağlıdır. Kifayət qədər peşəkar, işini sevən, mərd və ağıllı insanlarla ünsiyyətdə olaraq çalışdım ki, hər birini anlayım və özüm qiymət verim”.
A.Abbasov vurğulayıb ki, Milli Məclsidə yaltaqlıq faktları varsa araşdırılmalıdır: “Yaltaq insan heç vaxt dürüst və mərd ola bilməz. Belə adamlara biz tərəfdə gədə deyirlər. Şəxsən mən 2005-ci ilin iyul ayının 5-dən bu cür insanlara leş deyirəm. Yaltaqlıq üfunət və zəhərdir”.
Qeyd edək ki, Aydın Abbasov baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğludur. O, 2005- 2015-ci illərdə Milli Məclisin deputatı olub./strateq.az