ABŞ vitse-prezidenti Qafqaza gəlir

ABŞ-ın vitse-prezidenti Mayk Pens üç ölkəyə səfər edəcək.
 
Bu barədə informasiyanı Ağ Ev yayıb. Pensin ziyarət edəcəyi ölkələrin Estoniya, Gürcüstan və Monteneqro olduğu bildirilib.
Turne 30 iyuldan 2 avqusta qədər gerçəkləşəcək. Pens Gürcüstanda ölkə rəsmiləri ilə görüşlə bərabər, Amerika-Gürcüstan birgə təlimlərini də müşahidə edəcək.