"BakiPost" saytının baş redaktoru saxlanıldı
1-07-2017 10:19

"BakiPost" saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb.
Bu barədə Criminal.az məlumat yayıb. Məlumata görə, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb.
Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.
Elçin Zahiroğlu ilə əlaqə saxlamağa çalışılsa da, baş redaktorun telefonu söndürülüb.