Axtarış
The search found 105779 results in 0.009 seconds.
Search results
Erkin Qədirli: “Rus sektoru” qapadılmalıdır”
“Rus sektoru” qapadılmalıdır. Aydındır ki, bu, dərhal baş verəsi deyil. Proses azı 10 il sürəcək. Odur ki, müəllimlərin işsiz, şagirdlərin təhsilsiz qalacağına dair qorxu və şübhələr yersizdir.
Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Erkin Qədirli son günlər rus bölməsində təhsil istiqamətində gedən müzakirələr barədə fikir bildirərkən qeyd edib.Muxalifet - 22-06-2017
Ordumuzun arsenalında olan ən dəhşətli silah - VİDEO
Azərbaycan ordusunun arsenalında elə silahlar var ki, onlar haqqında bir çoxlarının nəinki məlumatı, heç təsəvvürü belə yoxdur.
Azərbaycan ordusunun ən dəhşətli silahlarından biri Barak-8 zenit-raket kompleksi sayılır ki, bu kompleks yalınız inkişaf etmiş ölkələrdə mövcuddur.
Silah barədə ətraflı məlumatı bu videodan əldə edə bilərsiniz:Muxalifet - 23-06-2017
Elçin Şıxlı: “ABŞ bunun intiqamını alacaq” - Müsahibə
“Ayna-Zerkola” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edirik.
- Elçin müəllim, son dövrlər Rusiya və ABŞ qırıcıları bir-birinə güc nümayiş etdirir. Qarşılıqlı təhdidlərin sayı artıb. Siz vəziyyəti necə qiymətləndirirsiniz?Muxalifet - 23-06-2017
"Vəzifədə kasıb insan istəmirəm" - TRAMPDAN SENSASİON AÇIQLAMA
Zəngin və ya kasıb bütün insanları sevirəm, ancaq xüsusilə iqtisadiyyatda kasıb insan istəmirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp kabinetində milyarderlərə vəzifə verməsinə belə aydınlıq gətirib: "İstədiyimiz düşüncə tərzi belədir. Zəngin və ya kasıb bütün insanları sevirəm, ancaq xüsusilə iqtisadiyyatda kasıb insan istəmirəm. Bu, sizə məntiqli gəlmirmi? Əgər israr etsəniz, bu vəziyyəti dəyişə bilərəm, amma mən beləsini daha çox bəyənirəm. Həmin milyarderlər bu vəzifələr üçün çox şeydən imtina etdilər".Muxalifet - 23-06-2017
"İzolyasiya olunmaq çox təhlükəlidir" - PUTİNDƏN ETİRAF
Rusiya qlobal dünyanın bir parçasıdır və ölkəmizin izolyasiya olunması olduqca təhlükəlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin müəllimlərlə görüşündə deyib.
“Şübhəsiz ki, dünya inkişaf edir. Bir çox əlaqələr var və sərhəd yoxdur. Biz də qlobal proseslərin bir hissəsiyik. Özümüzü təcrid edə bilmərik. Çin də bir zamanlar lider dövlət idi. Lakin özünü təcrid etdikdən sonra geriləməyə başladı”, - Kreml rəhbəri bildirib.Muxalifet - 23-06-2017
Ərəb ölkələri Qətərdən İran və Türkiyə əleyhinə qərar istəyiblər
"Qətər həm də Al-Jazeera telekanalını bağlamalıdır"
Ərəb ölkələri Qətərə münasibətlərin normallaşdırılması üçün yerinə yetirməli olduğu tələblərin siyahısını təqdim ediblər.
"Associated Press" xəbər verir ki, onlar Dohadan, xüsusilə İranla diplomatik münasibətləri kəsməyi və ölkə ərazisində mövcud olan Türkiyə bazasını bağlamağı gözləyirlər.
Qətər həm də, "Al-Jazeera" telekanalını bağlamalıdır.
Bundan əvvəl Küveytin 4 ərəb ölkəsinin tələbindən ibarət siyahını Qətərə təqdim etdiyi xəbər verilmişdi.Muxalifet - 23-06-2017
Telman İsmaylovun ticarət mərkəzinə HƏBS QOYULDU
Rusiyalı Azərbaycan əsilli sahibkar, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmaylovun ABŞ-ın Las Veqas şəhərində yerləşən ümumi sahəsi 7 min kv.m olan ticarət mərkəzinə həbs qoyulub.
“Kommersant”ın verdiyi xəbərə görə, həbs qərarı “Moskva Bankı”nın iddiası əsasında verilib.
Məlumata görə, hazırda T.İsmaylovun “Moskva Bankı” qarşısında borunun həcmi 19 mlrd. rubl təşkil edir.Muxalifet - 23-06-2017
Ermənistandan Rusiyaya “xəyanət” – Erməni hiyləsi üzə çıxdı
İrəvanda gizli müzakirələr; İrəvan Moskvanın arxasınca iş çevirərək NATO-ya yaxınlaşıb; Sərkisyan və parlamentin spikeri qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsinə nələr deyiblər?
Muxalifet - 23-06-2017
"Qərb milyonlarla müsəlman qırdı, indi isə..." - NAZİRDƏN ŞOK AÇIQLAMA
Qərbin imprealizm tarixini öyrənən müsəlmanlar radikallaşıb.
Bu sözləri Çexiya Xarici İşlər naziri Lubomir Zaoralek "Avropanın Gələcəyi" sammitində çıxışı zamanı deyib.
O bildirib ki, müsəlmanlarla razılığa gəlmək üçün Qərbin 20 ili qalıb:Muxalifet - 23-06-2017
Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır
İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən xəbərə görə, avtobuslar Bakı vaxtı ilə saat 18:00 yol düşəcək, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 09:00-da çatacaq.
Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.Muxalifet - 23-06-2017
Əkin sahəsinə girdiyi üçün heyvanları güllələyib - MASALLIDA
Masallı sakini əkin sahəsinə girən heyvanları odlu silahla vurub.
Rayonun Kolatan kəndində yaşayan 1958-ci il təvəllüdlü Allahşükür Yaqub oğlu Məmmədovun noxud tarlasına iribuynuzlu heyvanlar girib. Tarla sahibi özünə məxsus tüfənglə heyvanlara atəş açıb. Nəticədə 4 iribuynuzlu heyvan yaralanıb.
Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib.
Fakt araşdırılır.Muxalifet - 23-06-2017
Bir insanı öldürmənin bədəli: Tərbiyəvi xarakterli TƏDBİRLƏR…
Məhkəmə “Porshe” ilə qəza törədən yeniyetmə barədə qərar verib.
Bakı şəhər prokurorluğundan verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.Muxalifet - 23-06-2017
Cümhuriyyət dönəmində rus dili
Real Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərlinin Feysbukda yazdığı bir statusla başlayan rus dili məsələsi bir neçə gündür ki, aktuallığını qoruyur.
Muxalifet - 23-06-2017
Flora Kərimova əməliyyat olundu
Xalq artisti Flora Kərimova əməliyyat olunub.
Bu barədə Paşa Qəlbinur məlumat verib. O, bildirib ki, Flora Kərimova iyunun 21-də sağ gözündən əməliyyat olunub.
Paşa Qəlbinur qeyd edib ki, xalq artisti səhhəti ilə bağlı hər hansı narahatlığı yoxdur.Muxalifet - 23-06-2017
Rusiya İŞİD-i “Kalibr” raketi ilə vurdu – VİDEO
Rusiya İŞİD mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik İŞİD mövqelərinə 6 raketin buraxıldığını bildirib.
Raketlər Aralıq dənizindəki “Admiral Essen”, “Admiral Qriqoroviç” gəmiləri və “Krasnodar” sualtı qayığından buraxılıb.Muxalifet - 23-06-2017
"Mən izn vermərəm ki, kimsə Saakaşvilinin fəaliyyətinə qiymət versin" - POROŞENKO
Ukrayna Mixail Saakaşviliyə qarşı heç bir araşdırma aparmaq niyyətində deyil.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.Muxalifet - 23-06-2017
Mərkəzi Bankın “Yapon dilində” açıqlamasına Ekspertdən sərt reaksiya
"Son 1 ayda neft 20%-ə yaxın, son 1 həftədə 10% ucuzlaşıb. ABŞ və Kanadada həm neft buruqlarının sayı, həm hasilat hər həftə artır və bu OPEC anlaşmasını kağız parçasına çevirir”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli neftin ucuzlaşmasını şərh edərkən deyib. Onun sözlərinə görə, dünyada neft bolluğu yaşanır: "Əslində OPEC-ə daxil olan ölkələrdə də hasilat artır. Liviyada son 2 ayda hasilat günlük 400 min bareldən 800 min barelə qalxıb, yaxın 2 ayda 1,2 mln. barel olacaq. Nigeriya da hasilatı günlük 200 min barel artırıb.Muxalifet - 23-06-2017
DƏHŞƏTLİ STATİSTİKA: Azərbaycanda 6 min müsəlman dinini dəyişdi
Bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil etdiyini deyib.
Hamıya maraqlı olan bu statistikanın necə müəyyənləşməsidir. Məsələn, qonşu Türkiyədə şəxsiyyət vəsiqələrində insanların dini qeyd olunur. Ancaq bizdə şəxsiyyət vəsiqəsində belə qeyd olmadığı üçün əhalinin neçə faizinin hansı dinə mənsub olduğu barədə statistik rəqəmlərin verilməsi “bu statistika necə hesablanır?” sualını ortaya çıxarır.Muxalifet - 23-06-2017
Universitetdə faciə - LABORANT ÖLDÜ
Dünən Azərbaycan Pedaqoji Universitetində ölüm hadisəsi baş verib.
Saat 16:15 radələrində universitetin elmi işçisi, 1953-cü il təvəllüdlü Əliyev Arzu Ağaəli oğlu Ü.Hacıbəyov 34-ünvanında yerləşən universitet korpusunda qəfil yıxılıb. Hadisə yerinə təcili yardım çağırılsa da, artıq gec olub və A.Əliyevin vəfat etdiyi müəyyən edilib.
Bildirilir ki, ali təhsil ocağının işçisi ürək çatışmazlığından vəfat edib.Muxalifet - 23-06-2017
Növbəti erməni yalanı ifşa olundu - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.Muxalifet - 23-06-2017