"Trampla müqayisədə onun xanımını daha çox bəyənirəm" - Berluskoni

İtaliyanın keçmiş baş naziri: ABŞ-ın heç demokratları da Melanyanın tənqid etmirlər
 
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ABŞ prezidenti Donald Trampdan daha çox onun xanımını bəyəndiyini deyib.
Keçmiş baş nazir bununla bağlı "La Repubblica" nəşrinə müsahibəsində bildirib.
"Trampdan daha çox Melanya, onun gözəlliyi, üslubu və cazibəsi xoşuma gəlir" – deyə o vurğulayıb.
Berluskoninin sözlərinə görə, onlar heç vaxt şəxsən tanış olmayıblar. Lakin Berluskoni qeyd edib ki, ABŞ-ın heç demokratları da Melanyanın tənqid etmirlər.
Nəşr qeyd edib ki, keçmiş baş nazir bələdiyyə seçkisinin başa çatması ərəfəsində əla vəziyyətdədir. Qeyd edək ki, Berluskoni apreldə kurort şəhəri Portofinodakı evində yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.