Axtarış

The search found 105779 results in 0.008 seconds.

Search results

  1. Əfqan Muxtarlı ilə bağlı olan video görüntülər montaj edilib – Gürcü VƏKİL

    Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib həbs edilən jurnalist Əfqan Muxtarlının gürcü vəkili Arçil Çopikaşvili Gürcüstanın Daxili İşlər Nazirliyinə müraciət edib.
     
    Bu haqda onun özü Turan agentliyinə bildirib.
    Əfqan Muxtarlının Gürcüstandan oğurlandığını deyən Archil Chopikashvili DİN-dən xahiş edib ki, jurnalistin yoxa çıxdığı günə aid hərəkət trayektoriyasını tam əhatə edən videogörüntülər müdafiə tərəfinə təmin edilsin.
    Vəkilin sözlərinə görə, onlar əvvəl də eyni müraciəti göndəriblər. Ancaq təqim edilmiş görüntülər şübhəlidir.

    Muxalifet - 20-06-2017

  2. ​8 yaşlı uşağın başına gətirilən müsibətlər – İCRA BAŞÇISI HAQDA ŞOK FAKTLAR - VİDEO

    Prezident İlham Əliyevə müraciət: “Bizi Aqil Nəzərlinin əlindən qurtarın” 
     
    Laçın rayon Vağazin kənd sakini Məcburi köçkün ailəsi Hümbətov Cənnət Cəllat oğlu, övladları 8 yaşlı Rəvan və 12 yaşlı Elçin tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu  və video-müraciət daxil olub. Şikayətçi bildirir:
    “Laçın rayon icra başçısı Aqil Nəzərlinin rayonda yaratdığı özbaşınalıq və haqsızlıqlar haqqında məlumat vermişdik. Hal-hazırda Azərbaycanın gələcək əsgərləri olan övladlarımla birlikdə icra başçısı tərəfindən didərgin salınmışıq”.

    Muxalifet2 - 21-06-2017

  3. 3 milyardlıq sərvətimin olduğunu deyirlər - Ərdoğan

    Mənə yenə böhtan atırlar.
     
    Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxaliflərin iddialarına cavab olaraq deyib.
    “Tayyib Ərdoğanın 3 milyardliq sərvəti var" deyirlər. "Bununla bağlı məhkəməyə müraciət edəcəyik" deyirlər. Olmayan bir şeylə günahlandıranda rahat olursunuz. Bunlar rahat dayanmırlar. Biz bu dünyada Allahdan başqa heç kimə hesab verməyəcəyik”, - dövlət başçısı bildirib.

    Muxalifet - 21-06-2017

  4. Erməni TƏXRİBATÇI ƏLƏ KEÇİRİLDİ – MÜDAFİƏ NAZİRLİYİ

    İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
     
    Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.
    Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

    Muxalifet - 21-06-2017

  5. Kollektor şirkəti vətəndaşa qarşı böyük cinayət törətdi – ŞOK TƏFƏRRÜAT

    Krediti ödəyə bilməyən şəxs girov götürüldü; Əkrəm Həsənov: “Buna görə onlar barəsində cinayət işi başlanmalı və cəzalandırılmalıdırlar”
     
    Bakıda krediti ödəyə bilməyən şəxsi girov götürüblər. Paytaxtın Nizami rayonunda yaşayan Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib. Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib.

    Muxalifet - 21-06-2017

  6. Gürcüstan kazinolarına üz tutan azərbaycanlılar nəzarətə alınır

    Məlumatlı mənbə deyib ki, qonşu ölkədəki tanınmış kazinolar ətrafında gizli müşahidəçilər yerləşdirilib, məqsəd...
     
    Son illər azərbaycanlı məmurların, biznesmenlərin və onların övladlarının xarici ölkə kazinolarında görünmələri adi hal alıb. Bunu mətbuatda tez-tez onlar barəsində yayılan xəbərlər də sübut edir. Azərbaycanlı varlıların daha çox qumar oynadıqları və kazino fəaliyyətinə geniş imkanlar yaradan ölkələr sırasında ən çox qonşu Gürcüstanın adını qeyd edə bilərik.

    Muxalifet - 21-06-2017

  7. Diri-diri basdırılan biznesmendən yeni xəbər: "Lotu Quli"nin sifarişi ilə..

    Moskvada qəbiristanlıqda diri-diri basdırılan azərbaycanlı iş adamı Hikmət Salayevlə bağlı yeni xəbər var.
     
    Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Salayevi oğurlayıb basdıranlardan 3 nəfəri həbs edilib. Rusiya DİN-in sözçüsü İrina Volkun bildirdiyinə görə, onlardan ikisi Moskvada, bir nəfəri isə Dağıstanda Azərbaycanla sərhəddə saxlanılıb.

    Muxalifet - 21-06-2017

  8. Rusiyanın Qarabağa göndərmək istədiyi “Məxfi ordu” ABŞ-ın SANKSİYASINA MƏRUZ QALDI

    ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib.
     
     Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb.
    Publika.az “Layf.ru” saytına istinadən xəbər verir ki, sanksiyalar altına düşən təşkilatlardan biri də şəxsi hərbi şirkət olan “Vaqner qrupu”dur.
    Sanksiyalar siyahısına həmçinin “Vaqner”in komandiri Dmitri Utkin də daxil edilib.

    Muxalifet - 21-06-2017

  9. Tağı Əhmədov Akif Çovdarovun məhkəməsinə gəldi

    Hazırda prroses davam edir
     
    Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

    Muxalifet - 21-06-2017

  10. "Rəsmi nikah olmadan kəbin kəsən mollalar cəzalandırılacaq" – Komitə sədri

    "Azərbaycanda rəsmi nikah olmadan dini nikahın bağlanması qanunsuzdur. Bunu edən din xadimi cəzalandırılacaq".
     
    Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

    Muxalifet - 21-06-2017

  11. Abbas Abbasovun oğlu Nizami parkının xarabalıqlarında VİP-Plaza tikdirir - VİDEO

    Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, iflasa uğramış “Milyarderlər ittifaqı” layihəsinin rəhbəri Abbas Abbasovun oğlu Dağıstanın Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının ərazisində çoxmərtəbəli VİP yaşayış kompleksi inşa etdirir.
     
    Virtualaz.org xəbər verir ki, bu barədə “RİA Dagestan” agentliyi bildirir.
    Agentliyin məlumatına görə parkın ərazisində sürətli templə “Derbent-Plaza” yaşayış kompleksinin tikintisi davam edir. Baxmayaraq ki, parkın ərazisində hər hansı tikinti işlərinin aparılması qadağan olunmuşdu.

    Muxalifet - 21-06-2017

  12. KREMLƏ YAXIN NƏŞR AZƏRBAYCANA QARŞIDIR?

    Rusiya KİV Qarabağ separatçılarına informasiya dəstəyi verməkdə davam edir. Azərbaycan ictimaiyyəti buna ötən ilin aprelində əmin olmuşdu – o zaman Rusiya mətbuatının, o cümlədən Kremlə yaxın olan nəşrlərin reportyorları Qarabağa ezam olunmuşdular və baş verənləri istisnasız sırf erməni tərəfinin mövqeyindən işıqlandırırdılar.

    Muxalifet2 - 21-06-2017

  13. ​Qarabağda "at oynadan ruslar": Kəlbəcərdə qurulan KEF MƏCLİSİ - VİDEO

    Rusiyalı turistlərin Azərbaycanın işğal altındakı Qarabağa səfər etdiyini əks etdirən video yayılıb.
     
    Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, rusiyalı turistlər ermənilərlə birlikdə Kəlbəcərin “İstusu” sanatoriyasına gəliblər.
    Motosikletlə səfər edən rusları ermənilər də müşaiyət edib.

    Muxalifet3 - 21-06-2017

  14. ​“Putinin itiriləsi heç nəyi qalmayacaq” - Nüvə müharibəsi üçün ŞOK SƏBƏB

    İyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurması ilə Rusiyanın Suriyadakı uğurlarına son qoyuldu.
     
    Bu haqda ABŞ-ın “The National Interest” nəşri yazıb.
    ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqladığı rəsmi bəyanata görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi.
    Və təbii ki, hadisəyə Moskvanın reaksiyası çox sərt oldu.

    Muxalifet3 - 21-06-2017

  15. ​“VAXTİLƏ MƏLEYKƏ ƏSƏDOVAYA EV BAĞIŞLAMIŞAM” - Aktrisa sabiq məmuru böhtanda ittiham etdi

    “Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram”.
     
    Muxalifet.az xəbər verir ki, bunları “Ölkə.Az”a müsahibəsində Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov bildirib.
     

    Muxalifet3 - 21-06-2017

  16. ​Nazirlikdən Akif Çovdarovun səhhəti ilə bağlı AÇIQLAMA

    Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan sabiq idarə rəisi Akif Çovdarovun vəkillərinin onun səhhətindəki problemlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
     

    Muxalifet3 - 21-06-2017

  17. Hərbi texnika və xüsusi təyinatlılar sərhədə göndərildi: QƏFİL HÜCUM HAZIRLIĞI - FOTO

    Türkiyə Silahlı Qüvvələri Suriyanın PYD-nin (PKK-ın Suriya qolu - red.) nəzarətindəki Afrin bölgəsi ilə sərhəd olan Kilisə hərbi texnika toplayır.
     
     “Fırtına” topları, həmçinin, topçu batareyalar bölgəyə göndərilib.
    Bununla yanaşı, hərbi birləşmələr də bölgədədir. Dünən isə Kilisə “komando” xüsusi təyinatlılar və tank birliklər göndərilmişdi.

    Muxalifet - 21-06-2017

  18. “Müxalifət uzun illərdir ki, nəticəsizlik sindromundan əziyyət çəkir” – İQBAL AĞAZADƏ

    Ümid Partiyasının sədri: “Müxalifət liderlərin eqolarının qurbanına çevrilən bir proses yaşayır”

    “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə Ümid Partiyasının sədri İqbal Ağazadə qonaqdır. İqbal bəylə ölkə iqtisadiyyatından tutmuş, turizmə, eləcə də zamanında Milli Məclisdə etdiyi kəskin çıxışlara qədər bir çox mövzulara toxunduq. Sərt tənqidi ilə diqqət çəkən İ.Ağazadə idarəetmə məsələsində də hakimiyyətə xeyli tövsiyələr verib.

    Muxalifet2 - 21-06-2017

  19. "İqtisadi tənəzzül daha da dərinləşməkdədir" - ƏKRƏM HƏSƏNOV

     “Antikollektor” şirkətinin rəhbəri Amerikanın Səsinə müsahibəsində valyuta bazarındakı durumdan danışıb
     
    “Antikollektor” şirkətinin rəhbəri Əkrəm Həsənov Amerikanın Səsinə müsahibəsində Azərbaycanın maliyyə bazarında hazırki durum və perspektivlərdən danışıb.
    Amerikanın Səsi: Azərbaycanın maliyyə bazarında hazıki durum necədir? Perspektivdə nə gözləmək olar?
    Azərbaycanda kredit fəaliyyəti demək olar ki, donub.

    Muxalifet - 21-06-2017

  20. ​Roma Papası Sudana gedə bilmədi - 500 MİN DOLLAR GÖNDƏRDİ

    Roma Papası Fransiskin Cənubi Sudana səfəri bu ölkədə baş verən humanitar böhran səbəbindən baş tutmayıb.
    Trend-in məlumatına görə, Papa cari ilin fevralında Romadakı anqlikan məbədinə ziyarəti zamanı bu məbədin nümayəndələri ilə birgə Sudana səfər edəcəyini açıqlamışdı.
    Vatikandan bildiriblər ki, pontifikin Cənubi Sudana səfəri hələlik baş tutmasa da, kilsə qapılarını bağlamayıb. Belə ki, Papa bu ölkəyə 500 min dollar həcmində yardım ayırıb.
    BMT-nin hesabatına görə, Cənubi Sudanda 100 min insan aclıqdan əziyyət çəkir.
     

    Muxalifet3 - 22-06-2017

Pages