ABŞ-ın ballistik raket sınağı uğursuz oldu
23-06-2017 11:24
ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyi son bir ayda ikinci dəfə orta mənzilli ballistik raket sınağı keçirib.
Bununla bağlı agentlik məlumat yayıb.
Məlumatlara görə, yerli vaxtla 19:20-də havaya buraxılan raket Sakit okean üzərində partlayıb:
"Sınaq uğursuz olub. SM-3Blok IIA adlı raketin buraxılmasında əsas məqsəd orta mənzilli raketlərə qarşı müdafiə gücünü artırmaqdır".