Axtarış

The search found 105779 results in 0.008 seconds.

Search results

  1. ABŞ-dan Kiprlə bağlı təşəbbüs - "FEDERASİYA YARADILSIN..."

    ABŞ vitse-prezidenti Maykl Penslə Şimali Kipr Türk Cümhuriyyətinin lideri Mustafa Akıncı arasında telefon danışığı baş tutub.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
    “Vitse-prezident BMT-nin nəzarəti ilə İsveçrədə başlayacaq görüşlərə ABŞ-ın dəstək verdiyini ifadə edib. Pens bütün Kipr xalqının xeyrinə olacaq bu müzakirələrdə iki toplumlu və iki bölgəli bir federasiya yaradılacağına ümid etdiyini söyləyib”, - bəyanatda bildirilib.

    Muxalifet - 22-06-2017

  2. “Silahlanın, Sərkisyanı məhv edin” - İRƏVANDA ÇAĞIRIŞ

    Ermənistanda ötən ilin iyul ayında polis polkunun binasını ələ keçirmiş “Sasna Tsrer” silahlı qruplaşmasının işi üzrə məhkəmədə qalmaqallı çağırış səslənib.
     
    Qrupun üzvü Varujan Avetisyan silahlı üsyana və Prezident Serj Sərkisyanı fiziki məhv etməyə çağırıb.
    “Mən üsyana çağırıram, silah götürün və Serji, onun bandasını fiziki məhv edin”, - Avetisyan İrəvanın Nor Norkinzibati rayon məhkəməsində keçirilən proses zamanı çağırış edib.

    Muxalifet - 22-06-2017

  3. Avstriyada İSLAMOFOBİYA: “MÜSƏLMAN UŞAQ BAĞÇALARI BAĞLANSIN”

    Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib
     
    Onlar bizə lazım deyil. Müsəlman uşaq bağçaları olmamalıdır
    Avstriyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts müsəlman ailələrindən olan uşaqlar üçün bağçaların bağlanmasının lehinə olduğunu bildirib.
    RİA "Novosti" xəbər verir ki, bunu o, "Kurier" nəşri tərəfindən təşkil olunan diskussiya klubu aparıcısının "görəsən o müsəlmanlar üçün uşaq bağçalarının bağlanmasını zəruri hesab edirmi?" sualına cavabında deyib:

    Muxalifet - 22-06-2017

  4. Fitrə zəkatının həcmi nə qədərdir? - QMİ açıqladı

    Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.
     
    Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumatda qeyd olunur ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
    Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

    Muxalifet - 22-06-2017

  5. Tağı Əhmədov: “3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur”

    Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.
     

    Muxalifet - 22-06-2017

  6. Vergilər Nazirliyində KÜTLƏVİ İSTEFALAR - 800 nəfər istefa ərizəsi yazıb

    Son aylar vergi orqanında təcrübəli kadrların öz ərizələrilə işdən ayrılması prosesi kütləvi hal alıb.
     
    AzPolitika.info–ya nazirliyə yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, artıq 300 nəfərdən çox əməkdaş öz ərizəsilə işdən azad olunub, təqribən 500 nəfərin ərizəsinə isə baxılır. Onlara deyilib ki, proses kütləvi görünməsin deyə, həmin əməkdaşlar hissə-hissə işdən azad olunacaqlar. Ancaq istənilən halda, bu müddət iyulun 1-dək başa çatmalıdır.

    Muxalifet - 22-06-2017

  7. Türkiyə kişi və qadınların birlikdə namaz qıldıqları Berlin məscidini pisləyib


     Məscid
     
    "The Daily Mail" yazır ki, Türkiyənin din məsələlərinə baxan hökumət agentliyi Diyanet Berlində yeni tipli məscidin yaradılmasına narazılıq bildirib.
    Bu məsciddə qadın və kişilərin bir yerdə olmasına və sərbəst şəkildə ünsiyyətinə icazə verilir.
    Diyanet bəyan edib ki, belə bir şey İslamın prinsiplərinə tamamilə ziddir.

    Muxalifet - 22-06-2017

  8. Sabir Rüstəmxanlı rus dilini təbliğ edənlərə HİDDƏTLƏNDİ: "Ayıbdır!"

    Orta məktəblərdə rus dilində təhsil tədris olunsun, ya olunmasın? Artıq bir neçə gündür kimlərinsə idarə etdiyi mənbədən geniş ictimaiyyətin müzakirəsinə verilən mövzuda bəziləri rus dilinin lehinə, bir qisim isə də əleyhinə çıxır.
     
    Lehinə olanlar azad seçim imkanlarından faydalandıqlarını əsas gətirərkən, rus dilinin əleyhinə çıxanlar bir az da irəli gedərək, övladını rus bölməsinə qoyan valideynləri təhqir etməkdən çəkinmirlər.

    Muxalifet - 22-06-2017

  9. “Sevil Massivi” pulları ödəməyə başladı

     “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
     
    Bu gün Bakı Ağır Cinayətlər Məhləməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
    Prosesdə məlum olub ki, təqsirləndirilən şəxslər 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər.
    Qeyd edək ki, prokuror Aynur Zeynalovun 15 il, Zabit Çələbiyevin 13 il, Elçin İsmayılovun 13 il, Mirdamat Muradıyevin 10 il, Səbinə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet - 22-06-2017

  10. “Dəli Trampın siyasəti yalnız faciəyə səbəb olacaq” - XƏBƏRDARLIQ

    Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti ABŞ prezidenti Donald Trampı “dəli” hesab edir.
     
     “İnterfaks” agentliyi xəbər verir ki, bu haqda Şimali Koreya nəşri “Nodon Sinmun” yazıb.
    Nəşr qeyd edir ki, Trampın yürütdüyü siyasət Cənubi Koreyaya yaxşı heç nə gətirməyəcək. “Cənubi Koreya dərk etməlidir ki, Trampın siyasəti yalnız faciəyə gətirib çıxaracaq”, - məqalədə bildirilir.

    Muxalifet - 22-06-2017

  11. Eldar Əzizova orden verildi - Sərəncam

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Eldar Əzizovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
     
    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Əziz oğlu Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Muxalifet - 22-06-2017

  12. Daxili təhlükəsizlik ŞEFİ: "ABŞ-a bu hücumu Putin sifariş edib"

    Rusiya Prezidenti Vladimir Putin ABŞ-a qarşı genişmiqyaslı kiberhücumun sifarişçisidir.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində keçirilən dinləmələr zamanı ABŞ Daxili Təhlükəsizlik Departamentinin eks-rəhbəri Cey Conson söyləyib.

    Muxalifet - 22-06-2017

  13. ​Yanacaqdoldurma məntəqələrində sürücüləri necə aldadırlar? - VİDEO

    Ölkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün əməlli-başlı baş bəlasına çevrilib.
     
    Muxalifet.az bildirir ki,ARB TV-nin “Günə doğru” verilişində yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı reportaj yayımlanıb.

    Muxalifet3 - 22-06-2017

  14. Aprel şəhidi məhkəməyə verildi - KREDİTƏ GÖRƏ

    "Para" BOKT ASC "Aprel şəhidi" Xaliq Əzizzadəni məhkəməyə verib.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb.
    Deputat bildirib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb:

    Muxalifet3 - 22-06-2017

  15. Azərbaycandan Gürcüstana KÖÇ – Neçə nəfər Gürcüstan vətəndaşlığı alıb?

     2012-2017-ci illərdə 500 Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
     
    Ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 32 017 nəfərə Gürcüstan vətəndaşlığı verilib.
    Bundan əlavə, 19 597 Rusiya, 1 686 ABŞ, 1 122 Ermənistan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
    Eyni zamanda, analoji dövr ərzində 7 264 Azərbaycan vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb. Yaşamaq icazəsi alanların ümumi sayı 76 585 nəfər olub. Onlardan 4 666-sı ermənistanlı, 9 515-i rusiyalı, 657-si britaniyalı, 635-i almaniyalı və s. olub.

    Muxalifet - 22-06-2017

  16. “Türk axını” yalnız “Qazprom”un hesabına maliyyələşdirilə bilər

    Layihənin investisiya dəyəri 6 mlrd. dollar həcmində qiymətləndirilir
     
     “Türk axını” qaz kəmərinin inşası layihəsi yalnız “Qazprom” şirkətinin vəsaiti hesabına tikilə bilər.
    TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədr müavini Andrey Kruqlov bildirib.
    O qeyd edib ki, layihənin investisiya dəyəri 6 mlrd. dollar həcmində qiymətləndirilir: “Layihənin maliyyələşməsinə gəlincə isə bildirmişik ki, kəmərin dəniz hissəsinin maliyyələşdirilməsi üçün belə imkan var”.

    Muxalifet - 22-06-2017

  17. Apellyasiya Məhkəməsi Əli İnsanovun şikayətini təmin etməyib - VƏKİLDƏN AÇIQLAMA

    Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun 7 il 5 gün azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin etməyib.
     
    Bu qərarı iyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxarıb.
    Əli İnsanov məhkəmədə iştirak etməkdən imtina edib.
    Keçmiş səhiyyə naziri 2017-ci il aprelin 26-da Bakının Qaradağ rayon Məhkəməsinin hökmü ilə 7 il 5 gün azadlıqdan məhrum edilib.

    Muxalifet - 22-06-2017

  18. AZAL-ın zərərlə işləməsinin əsas SƏBƏBİ – CAHANGİR ƏSGƏROV

    Deməyə sözüm var…
    Contact.az
    Azərbaycanlılar yerli AZAL Dövlət Aviaşiya Şirkətinin təyyarələri ilə uçuşların bahalığından gileylənir, amma onun təyyarələrində xidmət səviyyəsini və onların rahat enməsini digər şirkətlərdə olduğu ilə tutuşduraraq, onu sevirlər.
     

    Muxalifet - 22-06-2017

  19. Avropa məhkəməsi Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətini icraata qəbul edib

    Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun daha bir şikayətini icraata qəbul edib. Bu barədə məhkəmənin məlumatında bildirilir.
     
    Şikayət gənclərin mənzillərində aparılan axtarışla bağlıdır. Onların vəkilləri qeyd ediblər ki, fəallar bununla bağlı ölkə daxilində məhkəməyə müraciət etsələr də həmin müraciətlər təmin edilməyib.

    Muxalifet - 22-06-2017

  20. Təbrizdən Baxçalıya hədiyyə – FOTO

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalıya Təbrizin “Traxtor” klubunun forması hədiyyə edilib.
     
    Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvləri ilə görüşən Dövlət Baxçalı Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemləri ilə bağlı Türkiyənin mövqeyini diqqətə çatdırıb.
    Görüşün sonunda partiya liderinə komandanın üzərində “Devlet Bahçeli” yazılmış forması təqdim olunub.

    Muxalifet - 22-06-2017

Pages