İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü

Baxış sayı:
2395

İranda koronavirusa yoluxanların sayı 58 226 nəfərə çatıb.
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.
O, qeyd edib ki, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 3 603 nəfərə çatıb.
"Ötən gün ərzində bütün ölkə üzrə koronavirusa 2 483 yeni yoluxma aşkarlanıb. Bu məlumatları nəzərə alaraq, virusa yoluxanların sayı 58 226-a qədər artıb", - deyə o IRINN telekanalının efirində bildirib.
Kianuş Cahanpurun sözlərinə görə, virusa yoluxmuş 22 011 xəstə sağalıb.
"Təəssüf ki, son 24 saatda 151 nəfər xəstəxanalarda və tibb mərkəzlərində ölüb. Koronavirusdan ölənlərin ümumi sayı 3 603 nəfərdir", - o əlavə edib./report