Azərbaycanda koronavirusa yoluxanların sayı 584 nəfərə çatdı - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2676

Azərbaycanda koronavirus infeksiyasına indiyə qədər yoluxanların sayı məlum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.