Böyük Britaniyanın baş naziri koronovirusa yoluxdu

Baxış sayı:
1111

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub.
 
Müxalifet.az
 Welt.de informasiya potralına istinadən xəbər verir ki, bu barədə baş nazir özünün "Twitter"dəki səhifəsində yazıb.

55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

Baş nazirin sözlərinə görə, son 24 saat ərzində siyasətçidə xəstəliyin əlamətləri üzə çıxıb. Onun koronavirus analizlərinin nəticələri pozitiv olub.