Rusiyanın hava bazasına hücum! - ŞƏHƏRİ SİLKƏLƏYƏN BÖYÜK PARTLAYIŞ!

Baxış sayı:
3132

Dünən Suriyanın liman şəhəri olan Lazkiyədə Rusiya hərbi qüvvələrinin yerləşdiyi Hmeymim hava bazasının yaxınlığında şəhərdə güclü əks-səda doğuran partlayış baş verdiyi bildirilib.

Suriyanın SANA dövlət agentliyinin verdiyi xəbərə görə, Lazkiyə şəhərini silkələyən partlayış Hmeymim hava bazasına qarşı dron hücumu nəticəsində baş verib.

SANA informasiya agentliyi Suriyanın hava müdafiəsi sistemlərinin Rusiyanın hərbi hava bazasına hücuma qarşılıq verməsi nəticəsində meydana gələn partlayışların şəhərin bir çox yerindən eşidildiyini bildirib. Hücumun kimlər tərəfindən həyata keçirildiyi bilinmir. SANA agentliyi “Hücum düşmən qüvvələri tərəfindən edilib” açıqlaması ilə kifayətlənib./Hurriyyet.org