ABŞ-da koronavirusa yoluxanların sayı 38 minə çatır

Baxış sayı:
1290

Bu gün Amerikada koronavirusa yoluxma halında rekord artım müşahidə olunub.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, gün ərzində ölkə ştatlarında ümumilikdə 14 min yoluxma faktı qeydə alınıb. Beləliklə, ABŞ-da aktiv virus xəstələrinin sayı 37,600 nəfərə yüksəlib.

Qeyd edək ki, indiyə kimi Birləşmiş Ştatlarda 94-ü yeni olmaqla 396 nəfər dünyasını dəyişib, 178 nəfər virusdan sağalıb.