Fransada bir sutkada 1800-dən çox insan koronavirusa yoluxub

Baxış sayı:
1107

Fransada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı gün ərzində 1,8 mindən çox artaraq 14459 nəfərə çatıb. Ölənlərin sayı isə 112 nəfər artaraq 562 nəfərə çatıb.
"TASS"-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

"Yoluxanların sayı 14459 nəfər, ölənlərin sayı 562 nəfərdir", - deyə məlumatda bildirilir./apa