"RUS XALQI, PUTİNİN YALANLARINA İNANMA!" - Rus analitikdən ŞOK MÜRACİƏT / Video

Baxış sayı:
5476

Rusiya da internet üzərindən yayımlanan məşhur “Zapreşennıy Kavkaz" televiziyası "Rusiya və Türkiyə arasındakı döyüş: Rus xalqı kimin yanında?" mövzusunu təhlil edib.
Muxalifet.az 
bu barədə "ASASMEDYA"ya istinadla bildirir.
Məşhur analitik Adam Badt rus xalqına müraciət edərək, onları yalan təbliğata uymamağa çağırıb: "Yalan təbliğatı Putin və onun komandası tərəfindən qəsdən edilir. Bunu etməklə rus xalqına və digər xalqlara üz-üzə qoymaq istəyirlər. Kreml millətlər arasındakı yaxşı münasibətləri pozmağa çalışacaq. Məqsəd Putin və hökumətini xilas etməkdir. Həm özlərini xilas edəcəklər, həm də ölkənin sərvətini rahat yeyəcəklər. Putin və hökuməti bunun üçün bütün çirkin oyunlardan faydalanacaq. İndi Rusiya xalqına saxta vətənpərvərlik aşılamağa çalışırlar. İndi Rusiya böyük təhlükə altındadır. Türkiyə öz gücündən istifadə edərək Rusiyadakı müsəlmanları öz təsirinə salacaq "kimi yalan xəbərləri qəsdli olaraq edirlər və bu yalanlarla xalqın Putinə inanmasını təmin etməyə çalışırlar".
Analitik ayrıca rus millətçilərinə digər hüquqlarla yaxşı münasibət qurmağı tövsiyə etdiyini bildirdi. Proqramda millətlər və müsəlman xalqlar arasındakı əlaqələrin yaxşı olduğunu və Rusiya hökumətinin, əksinə, dövləti uçuruma apardığını söylədi: ”Rusiyanın axsayan iqtisadiyyatı heç bir müharibə edə bilməz. Bu gün bir rus bu aydan növbəti ayaq güclə dayanır. Təqaüdçü ruslarda çox çətin vəziyyətdədirlər. Təqaüdçülərimiz ac-susuz yaşayırlar. Bu şəraitdə Rusiyanın nə böyük müharibəyə, nə də kiçik müharibələrə tab gətirə biləcək gücü yoxdur. Bu müharibə Rusiyanı o qədər məhv edəcək ki, hətta gənclər yaşamaqda çətinlik çəkəcəklər. Təqaüdçü və yaşlı insanlardan danışmaq belə istəmirəm”.
Adam Badt hakim məmurları adbaad tənqid edib, rus xalqını onları aldatan bu gücə inanmamağa çağırıb: "Sizdən soruşuram, Putin rusdurmu? O vətənpərvərdir? Şoyqu Tuvalıdır? Kadirov çeçendirmi? Yevkurov Inguşdurmu? Bəs Solovyov? Bəs Sokobeyeva? Bəs Simonyan? Bəs Zolotov? Onlar rusdurlarmı? Onlar vətənpərvərlərdir? Bu insanları həqiqətən belə tanıyırsınız, onlara inanırsınız? Ciddi ola bilməzsiniz, bunlara inana bilməzsiniz. Adlarını çəkdiyim bu insanların xalqan çırpışdırdıqları, oğurladıqları pulları hara xərclədiklərini bilirsinizmi? Övladlarının harada yaşadığını bilirsinizmi? Ciblərində hansı ölkənin pasportlarının daşıdıqlarını bilirsinizmi? Açıq biletləri hansı ölkəyə aiddir? Tuvaya? Peterburqa? Yoxsa Çeçenistana? Ey rus xalqı, hələ də onlara inanacaqsınız? Bunlar sizi Türkiyə ilə aralarındakı qarşıdurmada istifadə edirlər. Onların xəyalları budur ki, gələcəkdə sizə “Qafqazı vurun” desinlər".
"Ərdoğan Putini Suriyadan çıxmağı xəbərdar etdi. Türkiyə lideri çıxışlarında Rusiyada 5 milyon müsəlmanın olduğunu da söylədi. Ərdoğan Rusiyanı daxildən məhv edə bilər. Bunlar boş sözlər deyil. Rusiyadakı müsəlmanların sayı bununla bitmir. Rusiya ətrafında Türkdilli müsəlman dövlətləri çoxdur. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, aldadılmış və alçaldılmış Gürcüstan, Belarusiya, və Rusiyanın incitdiyi Ukrayna. Qeyd etdiyim bu dövlətlərin Rusiya patriot raketlərindən daha təhlükəli olduğuna əmin olun. Hər birinin də Ərdoğana və Türkiyəyə böyük hörməti var. Ərdoğan onlarla birlikdə Rusiya əleyhinə böyük bir dalğa yarada bilər. Həm də əlində özü üçün təbliğat aparan böyük güclərə malikdir. Çox uğurlu və təsirli ola biləcək fədakar insanları var. Bu yekıqarın, başıboş siyasətçilərə və generallara inanmayın. Nə türklərin, nə də rusların bir-biri ilə vuruşmağı düşünmədikləri aydındır. Ancaq bizim oğru, xalqı yox yalnız özünü düşünən, heç bir məqsədi olmayan iqtidarın yalnız öz maraqları var. İki xalq arasında nifaq toxumu yayaraq özlərini xilas etməyə çalışırlar. Putin müharibəni bəhanə edərək hakimiyyətdə qalmağa çalışır. Rusiya bu müharibədə məğlub olsa belə, insanlar aclıqdan ölsələr də, "Putinizm” "Biz xalqı yaxşı günlərə aparırdıq, lənətəgəlmiş savaş imkan vermədi" kimi daha çox yalan danışaraq xalqı aldatmağa çalışacaq. Hər kəsi hökumətin yalanları barədə məlumatlı olmağa, soyuqqanlı olmağa, təxribat oyunlarına gəlməməyə çağırıram", - deyə, o, sonda vurğulayıb.

Muxalifet.az