Koronavirusla mübarizə üçün 50 milyard dollar ayrıldı
5-03-2020 00:07
Baxış sayı:
1449

Beynəlxalq Valyuta Fondu koronavirusla mübarizəyə 50 milyard dollar ayırıb.
Publika.az xəbər verir ki, bu barədə fondun açıqlamasında deyilir. Bildirilib ki, dünya üçün böyük təhdid təşkil edən virusla mübarizə aparmaq üçün ayrılan vəsait lazımı təşkilatların hesablarına köçürüləcək.
Açıqlamada qeyd olunur ki, bütün ölkələr məsələyə xüsusi diqqət ayırmalı, virusun yayılmasının qarşısının alınması üçün vacib addımlar atmalıdır.