RƏSMİ ANKARADAN QƏZƏBLİ AÇIQLAMA - "Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq"

Baxış sayı:
2965

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın köməkçisi Məsud Haqqı Rusiyanın ünvanına sərt sözlər deyib.
Türkiyə KİV-ləri xəbər verir ki, prezident rəsmisi Suriya uğrunda müharibəyə hazır olduqlarını əlavə edib.
“Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq. Türkiyənin qisası amansız olacaq. Unutmayaq ki, Rusiyada 25 milyon müsəlman yaşayır və onlar ölkəni içindən parçalayacaq”.
Ötən gün Rusiya aviasiyasının hava zərbələri zamanı 33 türk hərbçisi ölüb.