ŞOK İDDİA: İranda koronavirusdan 116 nəfər ölüb

Baxış sayı:
2086

İranda koronavirus infeksiyasından ölənlərin sayının rəsmi rəqəmlərdən fərqli olduğu iddia edilir.

“Iran International” telekanalı xəbər verir ki, ölkədə epidemiyadan ölənlərin sayı 116 nəfərdir.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

“Report” xatırladır ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dan çoxdur.