İranlı deputat da koronavirusa yoluxduğunu AÇIQLADI

Baxış sayı:
3273

İranlı millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə deputat "twitter" səhifəsində məlumat verib:
“Covid-19 analizlərim pozitiv çıxdı. Bu mesajı bu dünyada yaşamaq ümidim az olduğu vəziyyətdə ikən yazıram”.
Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxduğunu açıqlamışdı. Ümumilikdə isə İranda koronavirus səbəbilə ölənlərin sayı 16-ya çatıb. Yoluxanların sayı isə 100-ə yaxınlaşıb.