Bir adamın adına 200 şirkət, bir ünvanda 355 şirkət... - AZƏRBAYCANDA TENDER FIRILDAQÇILIĞI / Şok faktlar

Baxış sayı:
4126

Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olan və büdcə vəsaitlərinin mənimsənilməsində xüsusi rol alan tenderlərin, satınalmaların bir çox hallarda saxta, qurama şirkətlər tərəfindən qazanılması heç kimə sirr deyil. Əksər hallarad belə şirkətlər "tender qəhrəmanlarının" özlərinin deyil, bu işdən heç bir anlayışı olmayan kənar şəxslərin adlarına qeydiyyatdan keçirilir.

Bu səbəbdən çox vaxt bir fiziki şəxsin adına onlarla, hətta yüzlərlə şirkət qeydə alınır. Həmçinin, bir ünvana çoxlu sayda şirkət qeydiyyata götürülür. Lakin nədənsə, həmin şirkətləri qeydə alan dövlət qurumları bunun açıq-aşkar saxtakarlıq olduğuna məhəl qoymurlar. Doğrudur, qanunla bir ada, yaxud bir ünvana hansı sayda şirkət açılması ilə bağlı yəqin ki, qadağa yoxdur. Lakin reallıqda bu hal dövlət orqanlarında şübhə yaratmaya bilməz. Ancaq görünür, belə şirkətlərin özlərinə görə "arxa-dayağı" var, bu səbəbdən onların şübhəli fəaliyyətinə göz yumulur…

Muxalifet.az xəbər verir ki, belə şirkətlər və fiziki şəxslərlə bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənli maraqlı məlumatlar paylaşıb. 

Bu məlumatlardan belə aydın olur ki, Azərbaycanda bir fiziki şəxsin adına 199 şirkət, bir ünvanda isə 355 şirkətin qeydə alınması kimi faktlar var. Jurnalist iddia edir ki, həmin şirkətlər əsasən dövlət qurumlarının keçirdikləri tenderləri saxta yollarla qazanmaq və büdcə vəsaitlərinin mənimsənilməsi üçün açılıb.

Həmin paylaşımları diqqətinizə çatdırırıq: "Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? Bu şəxslərin bəzilərinin o şirkətlərdən heç xəbəri yoxdur.

AĞARƏHİM MƏMMƏDOV QƏRİBŞAH OĞLU - 199 şirkət

ALLAHYAR MİRZƏYEV ADAŞİL OĞLU - 186 şirkət

TEYMUR ƏLİYEV MÖMİN OĞLU - 181 şirkət

MEHMAN MİRZƏLİYEV CANMİRZƏ OĞLU - 143 şirkət

ƏLƏDDİN CABBARLI NURƏDDİN OĞLU - 139 şirkət

HİKMƏT TAĞIYEV ƏDALƏT OĞLU - 131 şirkət

ŞAMİL QANDAYEV RAMAZAN OĞLU - 128 şirkət

ELVİN ƏSGƏROV CƏMİL OĞLU - 125 şirkət

ƏBİLFƏZ MƏMMƏDOV İNŞALLA OĞLU - 123 şirkət

FƏRQAN CƏFƏRLİ ETİBAR OĞLU - 122 şirkət

MİSKİN HÜMBƏTOV İBRAHİM OĞLU - 109 şirkət

ƏLİABBAS İMANOV AĞABƏY OĞLU - 104 şirkət

Aşağıdakı ünvanlarda hüquqi qeydiyyatda olan şirkətlərin sayına diqqət yetirin. Böyük əksəriyyəti büdcə sökən tenderlərdə istifadə olunan saxta şirkətlərdir.

BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 1, m. 46 - 355 şirkət

BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89 - 213 şirkət

BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, AZƏR MANAFOV, ev 14, m. 54 - 207 şirkət

MINGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1151, m. 1 - 140 şirkət

BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev 15, m. 10 - 120 şirkət

BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, NEFTÇİ (ƏMİRCAN QƏS.), ev 3, DALAN 2 - 114 şirkət

SUMQAYIT ŞƏHƏRİ, 6 MKR, ev 27, m. 39 - 108 şirkət

BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 80, m. 6 - 100 şirkət.