Azadlıqda olan məhkuma "Dəyirman"da 3 güllə vuruldu - BAKIDA SİLAHLI İNSİDENT

Baxış sayı:
3655

Bakının Binəqədi rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar müəyyən edilib.
Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.
Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona "Makarov" tipli tapançadan atəş açılıb. Hazırda polis adının Pərviz olduğu ehtimal edilən şübhəli şəxsin axtarışlarını aparır.
***
Bakının Binqədi rayonunda silahlı insident hadisəsi baş verib.
Hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb.
Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.
Qeyd edək, xəsarət alan şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.
Fakt araşdırılır./APA