Astara gömrük postunda da keçid dayandırıldı - KORONAVİRUS TƏHLÜKƏSİ / Yenilənib
23-02-2020 16:43
Baxış sayı:
1914
Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsindən verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək./report
**
Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.
"Report" xəbər verir ki, məntəqənin nə vaxt açılacağı məlum deyil.
Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.