Azərbaycan Ordusu HƏRƏKƏTƏ KEÇDİ: Ermənistanı təşvişə salan möhtəşəm anlar - FOTO/VİDEO

Baxış sayı:
900

Azərbaycan əsgərinin Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində keçirdiyi “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlimlər maraqlı görüntülərlə yadda qalıb.

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlimlərdən fotoreportajı təqdim edir.

Qeyd edək ki, təlimləri təşvişlə qarşılayan erməni mediası Naxçıvanda müxtəlif bölmələrin xüsusi təyinatlı birləşmələrinin birgə döyüş fəaliyyəti təcrübəsinin mövcud olmasını erməni ordusu üçün əsl təhlükə mənbəyi olduğunu vurğulayıb.