İDLİBDƏ TOQQUŞAN GÜCLƏR: Rusiya Türkiyənin dəstəklədiyi qüvvələri “terrorçu” adlandırdı

Baxış sayı:
1962

Soçi razılaşmasına görə Dəməşqin təminatçısı olan Rusiya Bəşər Əsədin türk qüvvələrinə qarşı aqressiyasını dəstəkləyib. Xəbər verildiyi kimi, İdlibə qarşı hava hücumu zamanı Əsəd qüvvələri türk hərbçilərini də hədəfə alıb, iki türk əsgəri şəhid olub. Türkiyə Silahlı Qüvvələri bunun əvəzini 50 nəfər rejim əsgərini məhv eləməklə çıxıb.
 
Rusiya isə İdlibdə Türkiəyənin dəstəklədiyi mülayim müxalifləri “terrorçular” adlandırıb. Rusiyanın Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzi  “terrorçuların” Kminas-Neyrab xəttində Suriya ordusuna qarşı hücumları çox sayda zirehli tankla həyata keçirdiyini və türk ordusunun artilleriya atəşi olə onları dəstəklədiyini bildirib. Mərkəz nəticədə Suriya ordusunun müdafiəsinin qırıldığını bildirib.
 
Rejimə Rusiya dəstəyi
 
Hücumlar nəticəsində 4 Suriya əsgərinin yaralandığını bildirən Mərkəz Suriya ordusuna qarşı artilleriya atəşlərinin Rusiyanın bunu qeydə almasından sonra dayandırıldığını bildirib: “Türk mövqelərindən Suriya qüvvlərinə artilleriya atəşinin açılması Rusiyanın obyektiv nəzarət vasitələri tərəfindən aşkar edilərək döyüşlərin qarşısını almaq xətti vasitəsilə türk tərəfinə bildirildi. Bundan sonra Türkiyə tərəfi artilleriya atəşlərini dayandırdı”.
 
Su-24-lər bombaladı
 
Mərkəz Rusiyanın Su-24 hərbi təyyarələrinin Suriyanın tələbi ilə yaraqlılara atəş açdığını və bunun sahədəki atışmanın istiqamətini tərsinə çevirərək, Suriya ordusunun hücumları dəf eləməsini təmin elədiyini vurğulayıb. Açıqlamada Əsəd qüvvələrinin 1 tank da daxil olmaqla 5 ədəd texnikasının məhv edildiyi qeyd edilib./Hurriyyet.org