Sərdar Cəlaloğlu Əli İnsanovla görüşdü – DETALLAR AÇIQLANMIR / Yenilənib

Baxış sayı:
1927

“Görüşdə başqa partiyalardan heç kim olmayıb”

Bu gün saat 17 radələrində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yeni təsis olunan Haqq və Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanovla görüşüb. 

Hurriyyet.org xəbər verir ki, bu barədə ADP sədrinin müavini Taliyət Əliyev bildirib.

T. Əliyevin sözlərinə görə, görüşdə parlament seçkiləri, onun doğurduğu nəticələr, seçkidən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyət, müxalifət düşərgəsinin təmərküzləşməsi və digər məsələlərlə bağlı müzakirə aparılıb: “Amma konkret məndə detallı bir məlumat yoxdur. Görüşdə başqa partiyalardan heç kim olmayıb. Bundan sonra, görüşün olacağı barədə də məlumatım yoxdur”.

Qeyd edək ki, Haqq və Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov bu gün ADP sədri Sərdar Cəlaloğlunu görüşə dəvət etmişdi.

Şamo EMİN, Hurriyyet.org

***

​Əli İnsanov partiya sədrini görüşə çağırdı - SEÇKİ MÜZAKİRƏLƏRİ VƏ...

Yeni təsis olunan Haqq və Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov bu gün ADP sədri Sərdar Cəlaloğlunu görüşə dəvət edib. 

Muxalifet.az xəbər verir ki, görüşdə 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin doğurduğu nəticələr, seçkidən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyət, müxalifət düşərgəsinin təmərküzləşməsinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.
Görüşdə digər müxalifət partiyalarının liderlərinin də iştirakı gözlənilir.

Muxalifet.az