“YAP-ın “google” tanımayan namizədinə 1672 əlavə səs yazıblar” - NATİQ CƏFƏRLİ

Baxış sayı:
1888

“9 Fevral gecəsi dava-dalaşla 23 məntəqənin protokolunu ala bildik”
 
“Namizəd olduğum 12 saylı dairədə 37 məntəqə var idi, onlardan 4-ü qapalı (ordu, məhbus) məntəqələr idi, YAP-ın namizədinə ən çox, hətta vəhşicəsinə “səs” ordan yazıblar. 9 Fevral gecəsi dava-dalaşla 23 məntəqənin protokolunu ala bildik, qalanlarını vermədilər, bəzi məntəqələrdən müşahidəçilərimizi çıxartdılar”.

Bu barədə 12 saylı Qaradağ-Yasamal-Binəqədi dairəsindən namizədliyini verən REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib.
 
“Görün, indi bizə verilməyən protokollarda nə oyun çıxardıblar”
 
“Hətta bizdə olan möhürlü, imzalı protokollarla MSK-nın saytına yerləşdirilən protokolları müqayisə edəndə belə, YAP-ın “google” tanımayan namizədinə 1672 əlavə səs yazıblar.  Yəni əlimizdə olan protokollarla MSK-nın saytında olan arasında fərq bu qədərdir. Görün, indi bizə verilməyən protokollarda nə oyun çıxardıblar. Bütün sənədlər MSK-ya təqdim edilib. Görək, nə deyəcəklər”,-deyə Cəfərli əlavə edib./Hurriyyet.org