Sabiq naziri döyən keçmiş kürəkəni həbs olundu - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
5971

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub.

Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, ötən gün Yasamal rayonu ərazisində Rəhim Qazıyev keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən döyülüb. Hadisə yerinə dərhal polis əməkdaşları gedib və Ramil Əzizov saxlanılıb.

 Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.