Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki - TƏQVİM

Baxış sayı:
3957

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzinin həyata keçirəcəyi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və s. tədbirlərin tarixləri müəyyən olunub.

Muxalifet.az xəbər verir ki, qrafiklə bu linkdən tanış olmaq olar.  

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.