"68 DSK ilə bağlı 385 videogörüntü var" - MƏZAHİR PƏNAHOV

Baxış sayı:
2131

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Bu günə qədər sosial şəbəkələrdə 68 Dairə Seçki Komissiyasının (DSK) 179 seçki məntəqəsi ilə bağlı 385 videogörüntü var.

Bunu fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılan iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

“Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”,-deyə MSK sədri bildirib..