Azərbaycanlı məşhur blogeri Kiyevə buraxmadılar - MARAQLI SƏBƏB / VİDEO

Baxış sayı:
4014

Azərbaycan əsilli məşhur rusiyalı bloger Hüseyn Həsənovu izləyicilərinin sayının çox olması səbəbindən Kiyevə buraxmayıblar.

Bu barədə Həsənov özünün "Instagram" səhifəsində yazıb. Həsənov altı saat Kiyev aeroportunda vaxt keçirəndən sonra geri qayıtmaq məcburiyyətində qalıb.

"Kiyev, mən söz vermişdim və gəlmişdim. Təəssüf ki, qayıtmaq lazım gəldi. Bilirsiniz, onlar səbəbi nə ilə izah etdilər? Həddindən artıq izləyicim var. Onlar sirr üçün dedilər ki, əgər 800 min izləyicim olsaydı, onda məni Kiyevə buraxardılar", - deyə Həsənov bildirib.
Ukrayna mediası isə blogerin səfərinin məqsədini göstərmədiyi üçün sərhədçilər tərəfindən rədd cavabı aldığını yazıb.