“Hakimiyyətin saxta seçki oyununa etiraz edirəm” - ELŞAD MUSAYEV

Baxış sayı:
3076

“9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıqlar həyata keçirilir”

“9 fevral 2020 -ci ildə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilir. Seçki qutuları açılan andan etibarən 9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıqlar həyata keçirilir”.

Bu barədə Böyük Azərbaycan Partiyasının sədri, deputatlığa namizəd Elşad Musayev bəyanat yayıb.
E. Musayev bildirib ki, hakimiyyət əvvəlki illərin zora, qanun pozuntusuna, saxtakarlığa söykənən təcrübəsini Azərbaycan xalqı üzərində yenidən həyata keçirir, dəfələrlə olduğu kimi yenə də 9 saylı seçki dairəsinin seçicilərinin iradəsinin əleyhinə zorakı üsullarla seçkilərin nəticələrini saxtalaşdırır: “Yuxarıda göstərilənləri nəzərə alaraq hakimiyyətin saxta seçki oyununa etiraz edir, seçki bitmədən onun nəticəsini tanımadığımı bildirir və bu saxta seçkilərin nəticələrinin ləğv olunması üçün bütün qanuni üsullardan istifadə edəcəyimi bildirirəm”.