Bakıda külək yaşayış binasının pəncərəsini qopardı - FOTO
9-02-2020 11:59
Baxış sayı:
1251
Bakıda güclü külək bir sıra fəsadlar törədib.
Unikal.org-un məlumatına görə, hazırda Bakının Nəriman Nərimanov rayonu İzzəddin Həsənoğlu 10 ünvanında külək binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub.
Qırılan pəncərə üçüncü mərtəbənin eyvanına düşüb.
Nəticədə üçüncü mərtəbədəki məznilin də eyvanına ziyan dəyib. Həmçinin, qırıntılar həyətdə dayanan iki maşına da ciddi ziyan vurub.